Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Elçin Əlif oğlu Hüseynov (19 fevral 1973, Yeni Daşkənd, Bərdə rayonu – 24 aprel 1994, Ağdərə rayonu) — Azərbaycan torpaqlarının bütövlüyü uğrunda Ermənistanın işğalçı ordusuna qarşı döyüşdə şəhid olmuşdur.[1]
Hüseynov Elçin | |
---|---|
Elçin Əlif oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 fevral 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 24 aprel 1994 (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Hüseynov Əlif Hüseyn oğlu |
Anası | Hüseynova Həlimə Tağı qızı |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1992-1994 |
Rütbəsi | əsgər |
Döyüşlər |
Hüseynov Elçin Əlif oğlu 19 fevral 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1980-ci ildə Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir.[2]
16 aprel 1992-ci ildə Bərdə RHK tərəfindən Milli Orduya çağırılmışdır. N saylı hərbi hissənin kəşfiyyatçısı olmuşdur.[3]
Sıravi əsgər Elçin Hüseynov 24 aprel 1994-cü ildə Ağdərə bölgəsində döyüş zamanı şəhid olmuş, 26 apreldə Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.[4]
Elçin Hüseynov 30 oktyabr 1993-cü ildə ailə həyatı qurmuşdur. Övladı olmamışdır.[5][6]
EL TV "Əsgər" verilişinin 2015-ci il tarixli "Qarabağ şəhidləri" rubrikasında Elçin Hüseynovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.
19 fevral 2023-cü ildə Yeni Daşkənd kəndində 50 illik yubileyi qeyd olunmuşdur.