Elçin Zeynalov (sahibkar)

Elçin Zeynalov Fuad oğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. O, "İtaldizain Holdinq "in əsas səhmdarlarından biridir. "İtaldizain Holdinq"in uğurlarında böyük rolu olan Elçin Zeynalov həm də Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti kimi bu sahənin inkişafına ciddi töhfələr vermişdir.

Zeynalov Elçin Fuad oğlu
Zeynalov Elçin Fuad oğlu
Doğum tarixi (57 yaş)
Doğum yeri SSRİ SSRİ
Azərbaycan Azərbaycan SSR
Təhsili

Bakı Dövlət Universiteti Tarix fakültəsi (1990-cı il)

Rusiya Hüquq Universiteti (2000-ci il)

Təhsil və hərbi xidmət[redaktə | mənbəni redaktə et]

1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-ci ildə Sankt Peterburq şəhərində Rusiya Hüquq Universitetini bitirib.

1984-86-cı illərdə Sovet Ordusunda hərbi xidmət keçib.

Karyera və uğurları[redaktə | mənbəni redaktə et]

1989-91-ci illərdə Bakı şəhərində Rayon Komsomol Komitəsinin katibi vəzifəsində çalışıb.

1991-ci ildə Elçin Zeynalov əmək fəaliyyətini Azer-İmesco şirkətinin icraçı direktoru və idarə heyətinin üzvü kimi davam etdirməyə başladı.

1994-cü ildən O, Moskva şəhərində Ros-İmesco şirkətinin direktoru və idarə heyətinin üzvü vəzifəsində çalışıb.

1996-cı ildən bugünə qədər Elçin Zeynalov Italdizain Şirkətlər Qrupunun baş direktoru vəzifəsini icra edir.

9 dekabr 2006-cı ildə Azərbaycan Avarçəkmə Federasiyasının prezidenti seçilib.

Ailə tərkibi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, iki övladı var.