Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elçin Zeynalov Fuad oğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. O, "İtaldizain Holdinq "in əsas səhmdarlarından biridir. "İtaldizain Holdinq"in uğurlarında böyük rolu olan Elçin Zeynalov həm də Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti kimi bu sahənin inkişafına ciddi töhfələr vermişdir.
Zeynalov Elçin Fuad oğlu | |
---|---|
Zeynalov Elçin Fuad oğlu | |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Azərbaycan SSR |
Təhsili |
Bakı Dövlət Universiteti Tarix fakültəsi (1990-cı il) Rusiya Hüquq Universiteti (2000-ci il) |
1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-ci ildə Sankt Peterburq şəhərində Rusiya Hüquq Universitetini bitirib.
1984-86-cı illərdə Sovet Ordusunda hərbi xidmət keçib.
1989-91-ci illərdə Bakı şəhərində Rayon Komsomol Komitəsinin katibi vəzifəsində çalışıb.
1991-ci ildə Elçin Zeynalov əmək fəaliyyətini Azer-İmesco şirkətinin icraçı direktoru və idarə heyətinin üzvü kimi davam etdirməyə başladı.
1994-cü ildən O, Moskva şəhərində Ros-İmesco şirkətinin direktoru və idarə heyətinin üzvü vəzifəsində çalışıb.
1996-cı ildən bu günə qədər Elçin Zeynalov Italdizain Şirkətlər Qrupunun baş direktoru vəzifəsini icra edir.
9 dekabr 2006-cı ildə Azərbaycan Avarçəkmə Federasiyasının prezidenti seçilib.
Ailəlidir, iki övladı var.