Elşən Məmmədov (əsgər)

Elşən Vaqif oğlu Məmmədov (d. 1992; Bolnisi, Gürcüstan — ö. 25 sentyabr 2015; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Elşən Məmmədov
Elşən Vaqif oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bolnisi, Gürcüstan Gürcüstan
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Vəfat səbəbi muharibədə şəhid olub
Dəfn yeri Bolnisi Zol-Güyəç Kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Gürcüstan Azərbaycanlısı
Atası Vaqif Məmmədov
Hərbi fəaliyyəti
Qoşun növü quru qoşunları
Xidmət illəri 2014-2015
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Elşən Məmmədov 1992-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Zol Güvəc kəndində anadan olub. Elşən Məmmədov 2010-cu ildə 640 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Kommersiya" fakültəsinə daxil olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Elşən Məmmədov 2015-ci ildə, sentyabrın 25-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Sentyabrın 28-i isə Elşən Məmmədov doğulduğu Bolnisi rayonunun Zol-Güvəc kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov torpağa tapşırıldı.

Elşən Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]