Bu səhifədə iş davam etməkdədir. |
Elşən Uluxanlı (15 dekabr 1975, Zəngibasar rayonu)- Azərbaycan yazıçısı. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri.[1]
Elşən Uluxanlı | |
---|---|
Elşən Aydın oğlu Uluxanlı | |
Təxəllüsü | Uluxanlı |
Doğum tarixi | |
Doğum yeri | Masis rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Atatürk Universiteti |
İxtisası | iqtisadiyyat |
Fəaliyyəti | Yazıçı və Təşkilatçılıq |
Elşən Uluxanlı 1975-ci ilin dekabr ayının 15 də Ermənistan SSR-nin Masis rayonunun Sarcalar kəndində anadan olmuşdur. 1 sinifə Həbilkənd orta məktəbində gedib. 1988-ci ildə Azərbaycana köçmüşdür. 6–7-ci sinfi Mingəçevir şəhərində 10 nömrəli orta məktəbdə aldıqdan sonra 10-cu sinfi 39 nömrəli məktəbi bitirdikdən sonra 1993-cü ildə hərbi xidmətə gedərək 1997-ci ildə hərbi xidmət başa vuraraq geri dönüb.
Elşən Uluxanlı 2013-cü ildən etibarən Vətən qəhrəmanları haqqında bir sıra kitabları işıq üzü görmüşdür.[2] 2013-cü ildə " Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları", 2015-ci ildə "Milli Qəhrəmanlarımız" adlı,[3] 2024-cü ildə isə Şəhid Vətən müharibəsi Qəhrəmanları adlı kitablar yazmışdır.[4]
2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi təsis etmişdir.[5] Birliyin İdarə heyətinin sədri vəzifəsində çalışır.[6] Birlik yarandığı gündən etibarən Milli Qəhrəmanlarımızı Gənclər arasında təbliğ etmək məqsədilə 3 minə yaxın təhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanlarının fotolarından ibarət guşələr yaratmış,[7] təhsil ocaqlarında Gənclərlə Qəhrəmanlarımızın görüşlərini təşkil etmiş, Qəhrəmanlar haqqında bir çox sənədli filimlərin çəkilməsinə dəsdək göstərmiş bu gündə bu istiqamətində fəaliyyət göstərməkdə davam edir.[8] " Azərbaycan Xalqının Soyqırım Qurbanları" "Azərbaycanın Milli Qəhrəmanlarını unutmadıq Unutdurmayacayıq", "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq",[9] "Milli Qəhrəmanların Gənclər arasında Tanıdılmasına İctimai Dəsdək",[10] "Milli Qəhrəman və Vətən müharibəsi Qəhrəmanlarının gənclər arasında tanıdılmasına ictimai dəsdək" adlı bir çox layhələrin rəhbəri olmuşdur.[11]