Elşad Vəli oğlu Quliyev (19 dekabr 1972; Zəngilan şəhəri, Azərbaycan SSR — 6 aprel 2012; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı, "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçusu, I Qarabağ müharibəsi iştirakçısı.
Elşad Quliyev | |
---|---|
Elşad Vəli oğlu Quliyev | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zəngilan şəhəri, Azərbaycan SSR |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | Gəncə şəhəri, Azərbaycan |
Dəfn yeri | Azərbaycan |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Həyat yoldaşı | Sevinc Quliyeva |
Uşaqları | Əmmar, Nəim |
Atası | Vəli Quliyev |
Anası | Kəsirə Quliyeva |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi |
Hərbi hissə | "Qartal" Xüsusi Təyinatlı Dəstəsi |
Xidmət illəri | 1995—2012 |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər |
• I Qarabağ müharibəsi • "Avroviziya-2012" antiterror əməliyyatı |
Təltifləri | |
|
Elşad Quliyev 1972-ci il dekabrın 19-da Zəngilan şəhərində həkim ailəsində anadan olub.[1] Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur.[2]
1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil alan Elşad Quliyev, 1990—1995-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra, yəni 1995-ci ildən etibarən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətə qəbul edilir.[3]
1998—2010-cu illərdə baş zabit, bölmə rəisi və şöbə rəisi kimi vəzifələrdə xidmət edib.
2012-ci il aprelin 6-da Gəncə şəhərində "Mahrasa bağı" adlanan ərazidə yerləşən mənzildə terrorçularla baş verən atışma zamanı şəhid olmuşdur.[4][5]
Sevinc adlı xanımla ailəli idi. Əmmar və Nəim adlı 2 oğlu yadigar qaldı.
<ref>
teqi; TŞ
adlı istinad üçün mətn göstərilməyib