"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı

"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" medalıAzərbaycan Respublikasının medalı[1][2].

"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip yubiley medalı[d]
Status təqdim olunmur
Statistika
Təsis tarixi 2 dekabr 2008
Ardıcıllıq
Yüksək mükafat "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
Aşağı mükafat "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)" yubiley medalı

Təltif edilən şəxslər

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)" Azərbaycan Respublikasının yubiley medalı ilə milli təhlükəsizlik orqanlarında xidməti vəzifələrini yerinə yetirərkən yüksək nəticələr əldə edən, Azərbaycan Respublikasının milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində, dövlət sirrinin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə milli təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və milli təhlükəsizlik orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Təltif edən orqan

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Taxılma qaydası

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

  1. Medalın ümumi təsviri. "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.
  1. Medalın ön tərəfi. Medalın ön tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövs boyunca "MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI" sözləri, onların arasında hər iki tərəfdə olmaqla, üç ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. İkinci dairənin mərkəzində aşağıdan yuxarı sol künc tərəfə doğru şaquli istiqamətdə nisbətən qırmızı rəngə dəyişən lent həkk olunmuşdur. Mərkəzdən keçən lent fonunda medalın mərkəzindən yuxarı hissədə müvafiq icra hakimiyyəti orqanının gümüşü rəngli relyefli emblemi təsvir edilmiş, emblemdən aşağıda orta hissədə "1919–2014" rəqəmləri, həmin rəqəmlərdən aşağıda gümüşü rəngdə "95" rəqəmləri həkk olunmuşdur. Həmin yazı və təsvirləri dairə boyu dəfnə budaqları əhatə edir.
  1. Medalın arxa tərəfi. Medalın arxa tərəfi hamardır, üzərində ortada yuxarı hissədə "95" rəqəmləri, ondan aşağıda "AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI" sözləri və "1919–2014" rəqəmləri həkk olunmuşdur.
  1. Medalın elementləri. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 39 mm ölçüdə düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin ön tərəfi iki hissədən ibarətdir. Üst hissə xara lent şaquli 5 zolağa bölünmüşdür. Sağ və sol zolaqlar lövhənin üçdə iki hissəsini təşkil edir və tünd göy rəngdədir. Lövhənin qalan üçdə bir hissəsi 3 zolağa bölünməklə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolaqlara bölünmüşdür. Lövhənin alt hissəsinə eni 4 mm olan, üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş milli ornamentli təbəqə bərkidilir.

Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.[2]

  1. http://www.president.az/articles/10549
  2. 1 2 "Arxivlənmiş surət". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-24.