Taleyinə el yükünü çəkmək qisməti düşən hər kəsin həyatı uşaqlıqdan qəribəliklərlə dolu olur. O, El üçün yaşadı. Xeyirxahlıq, səxavət və cəsarət simvoluna çevrildi. Əməlləri ona əbədilik, müdriklik və ağsaqqallıq bəxş etdi. O, görkəmli alim kimi keçmiş SSRİ-nin böyük elm xadimlərinin yaddaşında iz buraxdı, vətənini ləyaqətlə təmsil etdi. Haqsızlığa, ədalətsizliyə qarşı sərt, azadfikirliliyə görə uca, sadə xalqla sakit və şəffaf münasibəti onu El adamına çevirdi. Kənd təsərrüfatı elmləri doktoru, professor Əyyub İskəndərov haqqında çəkilmiş "El adamı. Əyyub İskəndərov" adlı sənədli televiziya filmi bu ali şəxsiyyətin hamıya nümunə ola biləcək fəaliyyətindən bəhs edir.
El adamı. Əyyub İsgəndərov | |
---|---|
| |
Janr | bioqrafik |
Rejissor | Vasif Məmmədzadə |
Ssenari müəllifi | Eldar İsgəndərzadə |
Operator | Mahir Cahangirov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 11 iyun 2010-cu il. |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2009 |
Rəng | rəngli |
Film Lənkəran, Lerik, Neftçala rayonlarında və Bakı, Gəncə, Moskva şəhərlərində lentə alınıb. Professor Əyyub İsgəndərovun əhatəli fəaliyyəti onu həm elm sahəsində, həm də cəmiyyətdə nüfuzlu şəxsiyyətə çevirib. Filmin demək olar ki, bütün epizodları əməli xeyirxahlıqla yoğrulmuş bir insanın böyüklüyü barədə sanki əfsanə danışır.