Elaeagnus hortensis var. songorica

Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü.

Daryarpaq iydə
Elmi təsnifat
Beynəlxalq elmi adı

45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur.

İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir.

May-iyunda çiçəkləyir. Çiçəkləri ətirli olub, 1-3 ədəd yarpaq qoltuğunda açılır. Dördləçəklidirlər. Ləçəyin xarici hissəsi parlaq gümüşü, iç hissəsi sarıdır. 4 erkəkciyi və bir dişiciyi vardır. Iydənin meyvələri sentyabr-oktyabrda yetişir. Çəyirdəyinin üzərini meyvənin unlu ətliyi bürüyür. Çəyirdəyi uzunsov-oval şəklindədir, ətliyi şirin və azacıq turşumtuldur. Yabanı iydələrin meyvələri dadsız və gər olur. Meyvəsinin qabığı boz sarı, tünd darçını, qırmızı rəngdə olur. Unlu ətliyə yapışmır, yeyiləndə kənar edilir.

Iydənin meyvəsi çox qidalı və uzun müddət saxlanılmağa davamlıdır. Ətliyi meyvəsinin 52%-ni təşkil edir. Tərkibində 40% şəkər, o cümlədən 20% fruktoza, 10% üzvi turşu, rəngləyici maddələr, kalium və fosfor duzları vardır. Yarpaqlarında 350 mq% C vitamini, oduncaq qabığında və çəyirdəyində isə alkaloid vardır. Meyvəsi təzə halda yeyilir, ondan hazırlanmış unu çörəyə, şorbaya və başqa yeməklərə qatırlar. Təzə meyvələrindən spirt alırlar. 100 kq iydədən 13 litr spirt almaq olar.

Qarın xəstəlikləri üçün iydə unundan hazırlanmış horra olduqca xeyirlidir. Iydə həm də balverən bitkidir.[2]

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Azərbaycanda təsvir edilmişdir. Qafqaz endemikidir.Dağıstanda, İranda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Çox da iri olmayan ağac və ya koldur. Hündürlüyü 12 m-ə çatan ağac və ya koldur. Qabığı tünd-narıncı, cavan budaqları isə açıq-sarı-narıncı rəngdədir. Zoğları və budaqları tünd-qonur və ya qonur-parlaq qabıqlıdır. Birillik zoğları gümüşü rənglidir. Gövdəsi 3-9 sm uzunluğunda sərt, seyrək tikanlıdır. Yarpaqları sadə uzunsov olub, gümüşü rəngli tükcüklərlə örtülüdür. Yarpağın uzunluğu enindən 2-3 dəfə artıqdır. Çiçəkyanlığının yarpaqları 3 damarcıqlı, sarıdır. Martda çiçəkləyir, meyvəsi avqustda yetişir. Meyvələri xırda olub, uzunluğu 6-8 m, oval və şarşəkillidir. Toxumunun 100 ədədi 166 q olur. Bitki kök zoğları, qələm və toxumla çoxaldılır.

İşıqsevəndir, nektarlı və dekorativ bitkidir. Çay vadilərində, qumluqlarda, tək və qruplarla bitir. Torpağın duzlaşmasına dözür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Samur-Dəvəçi düzənliyi, Kür-Araz ovalığında, Lənkəranda, Xəzər dənizinin qərb hissəsindən daxil olan çayların sahillərində təbii, Abşeron yarımadasında mədəni halda bitir.

Yaxşı nektarlı və dekorativ bitkidir. Qumların və dağ yamaclarının bərkidilməsi və yaşıllaşdırılmasında geniş istifadə edilir.

    • Elaeagnus angustifolia var. angustifolia angustifolia
    • Elaeagnus angustifolia var. caspica Sosn.
    • Elaeagnus angustifolia var. iliensis Musch.
    • Elaeagnus angustifolia var. orientalis (L.) Kuntze
    • Elaeagnus angustifolia subsp. orientalis (L.) Soják
    • Elaeagnus angustifolia var. spinosa Kuntze
  • Elaeagnus argentea Moench [Illegitimate]
  • Elaeagnus caspica (Sosn.) Grossh.
  • Elaeagnus dactyliformis Schltdl.
  • Elaeagnus erivanensis Fisch. ex Schltdl.
  • Elaeagnus hortensis M.Bieb.
    • Elaeagnus hortensis subsp. continentalis Servett.
    • Elaeagnus hortensis var. igda Servett.
    • Elaeagnus hortensis subsp. littoralis Servett.
    • Elaeagnus hortensis var. microcarpa Servett.
    • Elaeagnus hortensis subsp. moorcroftii (Wall. ex Schltdl.) Servett.
    • Elaeagnus hortensis var. orientalis (L.) Loudon
    • Elaeagnus hortensis var. songorica Bernh. ex Schltdl.
    • Elaeagnus hortensis subsp. songorica (Bernh. ex Schltdl.) Servett.
  • Elaeagnus igda (Servett.) Tzvelev
  • Elaeagnus iliensis (Musch.) Musch.
  • Elaeagnus incana Lam.
  • Elaeagnus inermis Mill.
  • Elaeagnus litoralis (Servett.) Kozlowsk.
    • Elaeagnus longipes var. hortensis (M.Bieb.) Maxim.
  • Elaeagnus moorcroftii Wall. ex Schltdl.
  • Elaeagnus orientalis L.
  • Elaeagnus oxycarpa Schltdl.
    • Elaeagnus oxycarpa var. microcarpa (Servett.) Tzvelev
    • Elaeagnus songarica var. kozlovskajae Tzvelev
  • Elaeagnus songorica (Bernh. ex Schltdl.) Schltdl.
  • Elaeagnus spinosa L.
  • Elaeagnus tifliensis Vis.
  • Elaeagnus tomentosa Moench [Illegitimate]
  • Elaeagnus turcomanica Kozlowsk.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 121.
  2. Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.