Elbrus Ərud

Elbrus Ərud (tam adı: Elbrus Ramiz oğlu Seyfullayev; 29 dekabr 1979, Nərimankənd, Puşkin rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist [1]

Elbrus Ərud
Seyfullayev Elbrus Ramiz oğlu
Doğum tarixi (44 yaş)
Doğum yeri Biləsuvar rayonu, Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Ali
İxtisası Jurnalistika
Fəaliyyəti Jurnalist
Əsərlərinin dili Azərbaycanca
İlk əsəri "Yaza bilmədiklərim", "Anne annem"
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2020
qafqazinfo.az

1979-cu il 29 dekabrda Biləsuvar rayonunun Nərimankənd kəndində doğulub. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. Ukraynada Kiev Milli Dövlət Universitetinin Jurnalistika institutunda magistr təhsili alıb. 2003-2004-cü illərdə Xalq Cəbhəsi qəzetində, 2004-2010-cu illərdə APA agentliyində çalışıb.

2010-cu ildə "Qafqazinfo" xəbər portalını yaradıb və onun rəhbəridir.[2]

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Jurnalistika xatirələrindən bəhs edən "Yaza bilmədiklərim" və publisist yazılarının toplusu olan "Anne annem" kitablarının müəllifidir.

2020-ci il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülüb.

  1. "Jurnalist Elbrus Ərud tələbələrə mühazirə oxuyub". 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-19.
  2. “Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud[ölü keçid]