Nərimankənd (Biləsuvar)

Nərimankənd (əvvəlki adı: Nərimanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Nərimankənd kənd inzibati ərazi dairəsində kənd.[2][3] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Nəsimi kənd Sovetinin Nərimanovka kəndi Nərimankənd kəndi adlandırılmışdır. Nərimankənd kəndi Nəsimi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nərimankənd kənd Soveti yaradılmışdır.[4]

Nərimankənd
39°32′00″ şm. e. 48°23′32″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.542 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Nərimankənd xəritədə
Nərimankənd
Nərimankənd

Kəndin keçmiş adı Üçməzar olmuşdur. Sovet dövründə kənd Nəriman Nərimanovun şərəfinə Nərimanovka adlandırılmış, 1991-ci ildən isə indiki adla rəsmiləşdirilmişdir.[5]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Nərimankənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
5789 Şəhriyartəpə yaşayış yeri[6] Orta əsrlər Nərimankənd kəndi Arxeoloji Yerli

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Muğan düzündə yerləşir. Nəsimi, Səmədabad kəndləri ilə sərhəddir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[7] 3015 1496 1519
2009[8] ↗3542 ↗1775 ↗1767

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə 831 təsərrüfat var.

2015-ci ilin iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.[9]

Kənddə Nərimankənd kitabxana filialı,[10] Nərimankənd kənd klubu,[11] Nərimankənd Poçt Agentliyi və Nərimankənd EATS[12] fəaliyyət göstərir.

Kənddə Nərimankənd tam orta məktəbi və Nərimankənd ümumi orta məktəbi fəaliyyət göstərir.[13][14]

Kənddə 21 dekabr 2009-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100109 A3-118 olan Nərimankənd kəndi "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[15]

Kənddə Nərimankənd həkim məntəqəsi yerləşir.[16]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 39" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  4. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
  5. Nərimankənd (Biləsuvar) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 133. ISBN 978-9952-34-156-0.
  6. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 148" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-08.
  7. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 71.
  8. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 79.
  9. Biləsuvar, Ağsu və İsmayıllı rayonlarının kəndlərinə təbii qaz verilmişdir. Arxivləşdirilib 2018-10-27 at the Wayback Machine socar.az, 25.06.2015  (az.)
  10. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 24" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-22.
  11. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 73" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-22.
  12. "Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (bilesuvar-ih.gov.az)". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-22.
  13. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Biləsuvar Rayon Təhsil Şöbəsi. Məktəblər (bilasuvar.edu.gov.az)". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-22.
  14. "Biləsuvar rayonunda yerləşən təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-22.
  15. "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2009), səh. 9" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-13.
  16. "Biləsuvar rayonunda yerləşən səhiyyə müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]