Eldəniz Novruz oğlu Həsənov (iyun 1973; Zəngilan rayonu, Azərbaycan SSR – fevral 1994; Murovdağ, Azərbaycan) — Birinci Qarabağ müharibəsi şəhidi.
Eldəniz Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Murovdağ, Azərbaycan |
Dəfn yeri | Gədəbəy Rayonu Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Novruz Həsənov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1990–1994 |
Rütbə | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Həsənov Eldəniz Novruz oğlu 1973-cü il iyun ayında Zəngilan rayonunda anadan olmuşdur. 1987-ci ildə Zəngilan rayonundan ailəsi ilə birlikdə Gədəbəy rayonuna öz dədə-baba Kəlaman kəndinə gəlib məskunlaşmışdılar. Eldəniz Həsənov Hacılar kənd orta məktəbini bitirmişdi.
1990-cı ildə Sovet ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. 1991-ci ildə doğma Gədəbəy torpağına qayıtdı. Həmin il Gədəbəy rayonunun İvanovka və Saratovka kəndləri yaxınılığındakı qaynar nöqtələrdə-Hörükdaş və Sarıqaya döyüşlərində Erməni təcavüzkarlarına qarşı döyüşməyə başladı. Eldəniz Həsənov 1994-cü ilin fevral ayının əvvələrində bir neçə silahdaşları ilə birlikdə Murovdağ əməliyyatına köməyə getmişlər. Eldəniz Həsənov həmin döyüşlərdə fərqlənmişdir. 1994-cü ilin fevral ayının axırlarında Murovdağında qəhrəmancasına həlak olmuşdur.
Eldəniz Həsənov Gədəbəy Rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir.