Eldəniz Həsənov (Şəhid)

Eldəniz Novruz oğlu Həsənov (iyun 1973; Zəngilan rayonu, Azərbaycan SSR – fevral 1994; Murovdağ, Azərbaycan) — Birinci Qarabağ müharibəsi şəhidi.

Eldəniz Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Murovdağ, Azərbaycan
Dəfn yeri Gədəbəy Rayonu Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Novruz Həsənov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1990–1994
Rütbə Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Həsənov Eldəniz Novruz oğlu 1973-cü il iyun ayında Zəngilan rayonunda anadan olmuşdur. 1987-ci ildə Zəngilan rayonundan ailəsi ilə birlikdə Gədəbəy rayonuna öz dədə-baba Kəlaman kəndinə gəlib məskunlaşmışdılar. Eldəniz Həsənov Hacılar kənd orta məktəbini bitirmişdi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

1990-cı ildə Sovet ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. 1991-ci ildə doğma Gədəbəy torpağına qayıtdı. Həmin il Gədəbəy rayonunun İvanovka və Saratovka kəndləri yaxınılığındakı qaynar nöqtələrdə-Hörükdaş və Sarıqaya döyüşlərində Erməni təcavüzkarlarına qarşı döyüşməyə başladı. Eldəniz Həsənov 1994-cü ilin fevral ayının əvvələrində bir neçə silahdaşları ilə birlikdə Murovdağ əməliyyatına köməyə getmişlər. Eldəniz Həsənov həmin döyüşlərdə fərqlənmişdir. 1994-cü ilin fevral ayının axırlarında Murovdağında qəhrəmancasına həlak olmuşdur.

İrsi[redaktə | mənbəni redaktə et]

Eldəniz Həsənov Gədəbəy Rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • "GƏDƏBƏY RAYON İCRA HAKİMİYYƏTİ".