Eldəniz Rabil oğlu Verdiyev (4 oktyabr 1999, Xanlar – 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Eldəniz Verdiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göygöl şəhəri, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Göygöl Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Eldəniz Verdiyev 1999-cu il oktyabrın 4-də Göygöl şəhərində anadan olub.[1] Subay idi.[2]
Azərbaycan Ordusunun əsgəri olan Eldəniz Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eldəniz Verdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itgin düşüb.
2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin Murovdağ istiqamətində nəşi tapılır və ailəsinə təhvil verilir.[3] İyunun 5-də Göygöl şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.[2]