Bu məqalə Göygöl şəhəri haqqındadır. Göygöl rayonu üçün Göygöl rayonu səhifəsinə baxın. |
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsində şəhər,[2] Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[3] Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır.[4]
Şəhər | |
Göygöl | |
---|---|
40°35′25″ şm. e. 46°19′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1819 |
Mərkəzin hündürlüyü | 697 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 25 758[1] nəfər (2019) |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2500 |
Vikianbarda əlaqəli mediafayllar |
22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib.
Göygöl Azərbaycanın şimal–qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir. Kür çayı hövzəsində olaraq, Gəncəçay çayı Göygöldən keçir. Şəhər Bakı–Qazax dəmir yolunun üstündə yerləşir[5].
Göygöl nəmli subtropik iqlimə malikdir. İyul, orta istilik 24,2 dərəcə ilə ən isti aydır, yanvar isə 1,1 dərəcə ilə burada ən soyuq aydır. May, ortalama yağıntısı 69 mm olaraq ən yaş aydır[6].
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Göygöl şəhərində yaşayan insanların sayı 2019-cu ilin məlumatına görə 25 758 nəfərdir.[1]
Üzümün emalına kömək edən böyük bir şərab maşınqayırma zavodu, Göygöldə yerləşir.[14]
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |