Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Eldar Zeynalov.
Eldar Heydər oğlu Zeynalov (22 avqust 1937, Bakı – 13 yanvar 2001, Bakı, Azərbaycan) — heykəltaraş,[1] Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978),[2] Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992),[3] "Humay" mükafatı laureatı (2001).
Eldar Zeynalov |
---|
Eldar Heydər oğlu Zeynalov |
|
Doğum tarixi |
22 avqust 1937(1937-08-22) |
Doğum yeri |
|
Vəfat tarixi |
13 yanvar 2001(2001-01-13) (64 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Milliyyəti |
azərbaycanlı |
Fəaliyyəti |
heykəltaraşlıq |
Təhsili |
- Sankt-Peterburq İncəsənət və Sənaye Akademiyası[d]
|
Mükafatları |
|
Eldar Zeynalov 22 avqust 1937-ci ildə Heydər Zeynalov və Dürrə Zeynalovanın ailəsində Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə V. İ. Muxina adına Leninqrad Ali Bədii-sənaye Məktəbini (indiki Ştiqlits adına Sankt-Peterburq Rəssamlıq Akademiyası) bitirmişdir.[mənbə göstərin]
Eldar Zeynalov heykəltaraş Telman Zeynalovla birgə bir sıra əsərlərə həmmüəlliflik edib:
- Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin xatirəsinə monument (Lənkəran, 1976)[2]
- Ulyanovsk şəhərinin "Xalqlar dostluğu" parkında "Azərbaycan tarixindən səhifələr" daş abidəsi (Ulyanovsk, 1976)
- Ş. Ələsgərovanın xatirəsinə tuncdan memorial lövhə (1980)
- Üzeyir Hacıbəyovun ev muzeyi üçün xatirəsinə tuncdan memorial lövhə (Bakı, 1985)
- Tuncdan hazırlanmış "Yeddi gözəl" fəvvarə-heykəltaraşlıq ansamblı (Bakı, 1987)[4]
- Tunc-qranitdən hazırlanmış Nizami Gəncəvi abidəsi (Moskva, 1991)[5][6]
- Tuncdan hazırlanmış "Şəhidin xatirəsinə" abidəsi (Xürrəmşəhr, 1992)
- Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları (Bakı)
- "Bulaqda çimən Şirin" relyef-miniatürü (Bakı, 1992)
- Tuncdan hazırlanmış "İsgəndər Nüşabənin sarayında" relyef-miniatürü (Bakı, 1992)
- "Səməd Vurğun" yubiley medalı (1975)[7]
- "Üzeyir Hacıbəyov" yubiley medalı (1985)[7]
- “Sabir” yubiley medalı (1985)[7]
- “Nizami” yubiley medalı (1991)[7]
- "Səttar Bəhlulzadə" yubiley medalı (1992)[7]
-
Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin xatirəsinə monument, Telman Zeynalovla birgə 1976-cı il (Lənkəran)
-
"Yeddi gözəl" fəvvarə-heykəltaraşlıq ansamblı Telman Zeynalovla birgə 1987-cı il (Bakı)
[4]
-
Ulyanovsk "Xalqlar dostluğu" parkı "Azərbaycan tarixindən səhifələr" abidəsi Telman Zeynalovla birgə 1976-cı il (Rusiya)
-
Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları Telman Zeynalovla birgə (Bakı)
-
Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları Telman Zeynalovla birgə (Bakı)
-
Nizami Gəncəvinin xatirəsinə abidə Telman Zeynalovla birgə 1991-ci il, (Moskva)
[5]
-
"Səttar Bəhlulzadə" yubiley medalı 1992-ci il Telman Zeynalovla birgə
-
"Üzeyir Hacıbəyov" yubiley medalı, 1985-ci il, Telman Zeynalovla birgə
-
"Səməd Vurğun" yubiley medalı, 1975-ci il Telman Zeynalovla birgə
-
“Nizami” yubiley medalı 1991-ci il Telman Zeynalovla birgə
-
"Üzeyir Hacıbəyov" xatirə lövhəsi Telman Zeynalovla birgə
-
Şamama Məmməd qızı Ələsgərova xatirə lövhəsi Telman Zeynalovla birgə
-
"Neftçi Qurban" memorialı Telman Zeynalovla birgə
-
"Mirzə Əjdər oğlu İbrahimov" xatirə lövhəsi Telman Zeynalovla birgə