Eldar Zeynalov (heykəltəraş)

Eldar Heydər oğlu Zeynalov (22 avqust 1937, Bakı13 yanvar 2001, Bakı, Azərbaycan) — heykəltaraş,[1] Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978),[2] Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992),[3] "Humay" mükafatı laureatı (2001).

Eldar Zeynalov
Eldar Heydər oğlu Zeynalov
Doğum tarixi 22 avqust 1937(1937-08-22)
Doğum yeri
Vəfat tarixi 13 yanvar 2001(2001-01-13) (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti heykəltaraşlıq
Təhsili
  • Sankt-Peterburq İncəsənət və Sənaye Akademiyası[d]
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı "Humay" mükafatı

Eldar Zeynalov 22 avqust 1937-ci ildə Heydər Zeynalov və Dürrə Zeynalovanın ailəsində Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə V. İ. Muxina adına Leninqrad Ali Bədii-sənaye Məktəbini (indiki Ştiqlits adına Sankt-Peterburq Rəssamlıq Akademiyası) bitirmişdir.[mənbə göstərin]

Eldar Zeynalov heykəltaraş Telman Zeynalovla birgə bir sıra əsərlərə həmmüəlliflik edib:

  • Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin xatirəsinə monument (Lənkəran, 1976)[2]
  • Ulyanovsk şəhərinin "Xalqlar dostluğu" parkında "Azərbaycan tarixindən səhifələr" daş abidəsi (Ulyanovsk, 1976)
  • Ş. Ələsgərovanın xatirəsinə tuncdan memorial lövhə (1980)
  • Üzeyir Hacıbəyovun ev muzeyi üçün xatirəsinə tuncdan memorial lövhə (Bakı, 1985)
  • Tuncdan hazırlanmış "Yeddi gözəl" fəvvarə-heykəltaraşlıq ansamblı (Bakı, 1987)[4]
  • Tunc-qranitdən hazırlanmış Nizami Gəncəvi abidəsi (Moskva, 1991)[5][6]
  • Tuncdan hazırlanmış "Şəhidin xatirəsinə" abidəsi (Xürrəmşəhr, 1992)
  • Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları (Bakı)
  • "Bulaqda çimən Şirin" relyef-miniatürü (Bakı, 1992)
  • Tuncdan hazırlanmış "İsgəndər Nüşabənin sarayında" relyef-miniatürü (Bakı, 1992)
  • "Səməd Vurğun" yubiley medalı (1975)[7]
  • "Üzeyir Hacıbəyov" yubiley medalı (1985)[7]
  • “Sabir” yubiley medalı (1985)[7]
  • “Nizami” yubiley medalı (1991)[7]
  • "Səttar Bəhlulzadə" yubiley medalı (1992)[7]

Mükafatları və fəxri adları

[redaktə | mənbəni redaktə et]
  1. Sadıqov, S. "Azərbaycan heykəltaraşlığında İmadəddin Nəsimi obrazı" (PDF). anl.az (az.). MƏDƏNİYYƏT.AZ. 2019. 2021-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 dekabr 2021.
  2. 1 2 3 Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  3. 1 2 "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında". e-qanun.az (az.). 4 mart 1992. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2021.
  4. 1 2 "Bakının mərkəzindəki abidə-fontan hara yoxa çıxıb? - Foto". axar.az (az.). 12.07.2021. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2021.
  5. 1 2 "11.6. ИЗОБРАЗИТЕЛЬНОЕ И ДЕКОРАТИВНО-ПРИКЛАДНОЕ ИСКУССТВО 11.6.1. Изобразительное искусство". ensiklopediya.gov.az (az.). Azərbaycan Milli Ensiklopediyası. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2021. Среди новых значительных творений азербайджанских скульпторов можно назвать памятники Низами Гянджеви в Москве (1991, братья Тельман и Эльдар Зейналовы)
  6. "Произведения азербайджанских скульпторов, установленные в городах РФ как символ дружбы двух стран в период независимости" (PDF). Culture and Civilization. 10 (4A): 118-128. 2021-12-08 tarixində arxivləşdirilib (PDF). Одним из ранних и интересных монументальных памятников, установленных еще в 1991-м году, является памятник Низами в Москве. [...] Авторами памятника являются азербайджанские скульпторы Тельман Зейналов и Эльдар Зейналов.
  7. 1 2 3 4 5 "Медальер Зейналов Эльдар Гейдар оглы". sovietznak.ru (rus). 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2021.