Yarımstansiya — elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması sisteminin bir hissəsidir. Yarımstansiya gərginliyi yüksəkdən alçağa və ya əksinə çevirir. Elektrik enerjisinin istehsal olunduğu stansiya və istehlakçı arasında enerji müxtəlif gərginlik səviyyələrində bir neçə yarımstansiyaya daxil ola bilər. Yarımstansiyada yüksək gərginlik və aşağı gərginlikli paylayıcı arasında gərginlik səviyyələrinin dəyişdirilməsi üçün transformator ola bilər. Ümumiyyətlə yarımstansiyalar uzaq məsafədən nəzarət və idarəetmə üçün SCADA sisteminə malikdirlər.