Elementar sirkulyasiya mexanizmlərinin tipləri

Elementar sirkulyasiya mexanizmləri[redaktə | mənbəni redaktə et]

Multanovskinin yaratdığı elmi məktəbin ideaları B.L.Dzedzeyevskinin tədqiqatlarında öz əksini tapmışdır. Dzedzeyevski şimal yarımkürəsində baş verən makro proseslərin təsnifatını vermişdir. O yer səthində baş verən proseslərin dinamikasını təhlil etdiyi zaman müəyyən etmişdir ki, müxtəlif sirkulyasiya situasiyaları tez-tez təkrarlanır. Həmin situasiyaları sonradan Dzedzeyevski elementar sirkulyasiya mexanizmləri adlandırmışdır. [1]

Elementar sirkulyasiya mexanizmlərinin əsas tipləri[redaktə | mənbəni redaktə et]

Elementar sirkulyasiya mexanizmlərinin tipləşdirməsi zamanı onların aşağıdakı xassələrindən istifadə edilmişdir:

  1. Polyar hövzədən daxil olan əsas hava kütlələrinin sayı və istiqaməti
  2. Tropik zonadan daxil edilən hava kütlələri (cənub kütlələr)[2]

Dzedzeyevski müəyyən etdiyi 4 elementar sirkulyasiya mexanizmlırini 13 əsas tipdə birləşdirmişdir. Apardığı tədqiqatlar nəticəsində alim şimal yarımkürəsində baş verən makroproseslərini ümumiləşdirərək 4 qrup sirkulyasiyaya ayırmışdır:

  1. Zonal sirkulyasiya. 1-2 tipləri əhatə edir
  2. Zonallığın olmadığı sirkulyasiya. 3-7 tipləri əhatə edir.
  3. 8-12 tipləri əharə edən meridional şimal sirkulyasiyası
  4. Meridional cənub sirkulyasiya. Cəmi 1 tipi – 13 tipi əhatə edir[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Atmosfer sirkulyasiyası, Elementar sirkulyasiya mexanizmləri

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Atmosferin sirkulyasiyası

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Монин А.С. Введение в теорию климата. Л.1982-246с.
  2. Хргиан А.А. Физика атмосферы. М. 1986-328 с
  3. Кислов А.В. Теория климата. М. 1989-148 с