Elias Con Uoilkinson Gibb 3 iyun 1857[1][2], Qlazqo – 5 dekabr 1901[1][2], London — şotland şәrqşünası.
Elias Con Uoilkinson Gibb | |
---|---|
Doğum tarixi | 3 iyun 1857[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 5 dekabr 1901[1][2] (44 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Qlazqo Universitetində təhsil almış, әrәb, fars, türk dillərini öyrənmişdir. 1878-ci ildən Londonda yaşamışdır. Xoca Sadəddin Əfəndinin "Tacüt-təvarix" əsərini mənbə olaraq götürərək, 1879-cu ildə "İstanbulun fəthi" (ing. “The capture of Constinople”) adlı əsərini nəşr etdirmişdir. Kritli Əziz Əli Əfəndinin "Müxəyyəlat"ından "Cavadın hekayəsi"ni (ing. “The story of Jewad”), "Qırx vəzir hekayəsi"ni (ing. “The forty vezirs”) tərcümə və nəşr etdirmişdir. Divan ədəbiyyatı haqqında yazdığı "Osmanlı şeiri tarixi" (ing. "A history of Ottoman poetry", 1900–09) ən məşhur əsərində divan şeirinin inkişafını tədqiq etmiş, şeirləri vəznli və qafiyəli şəkildə ingilis dilinə çevirmişdir. Burada ayrıca olaraq Azərbaycan ədəbiyyatından da bəhs etmiş, Xətai, Məsihi və Qövsinin adını çəkmişdir. Yalnız birinci cildini nəşr etdirə bildiyi əsərin digər cildlərini ölümündən sonra dostu, şərqşünas alim Eduard Qranvil Braun nəşrə hazırlamışdır. Xalidə Ədib Adıvar və tələbələri bu əsərin birinci cildinin bir hissəsini türk dilinə tərcümə etmişlər (1943). Avropada Məhəmməd Füzuli haqqında Azərbaycan şairi kimi ilk dəfə nisbətən doğru və dolğun məlumat vermiş, yaradıcılığını yüksək qiymətləndirmiş, onu "qəlb şairi" adlandırmışdır.