Qədim Olimpiya oyunları

Qədim Olimpiya şəhərindəki qaçış yarışlarının keçirildiyi stadion. E.ə. V əsrin ortalarında inşa edilib

Olimpiya oyunları (yunanların (ellinlər) ən böyük milli bayramı. Dörd ildən bir Peloponnes yarımadasında yerləşən Olimpiya şəhərində keçirilirdi.

Oyunların yaranması

[redaktə | mənbəni redaktə et]
Qədim Olimpiya şəhərinin XIX əsrdə çəkilmiş şəkli

Qədim rəvayətə görə bu oyunlar hələ Kronosun dövründə İdalı Heraklın (Zevsin oğlu Herakl ilə qarışdırılmamalıdır) şərəfinə yaranmışdır.

Belə ki, rəvayətə əsasən Reya yeni anadan olmuş Zevsi kahinləri kuretlərə verir. Onlardan beşi Krit adasında yerləşən İda şəhərindən Olimpiyaya gəlir. Həmin vaxt Olimpiyada artıq Kronosun şərəfinə ucaldılmış məbəd var idi. Hamını qaçış yarışlarında məğlub edən Herakl cır zeytun ağacının budağı ilə mükafatlandırılır. Herakl həm də yarışları Olimpiyaya gəlmiş idiyalı qardaşların sayına görə beş ildən bir (bütün illər sayılır) keçirilməsinin əsasını qoyur[1]. Lakin sonra oyunların keçirilməsinə son qoyulur. Oyunlar bir də e.ə. 776-ci ildə bərpa edilir[2].

Homerin İliadasında Elidanın (Olimpiya şəhərinin yerləşdiyi Peloponnes yarımadasında) sakinləri tərəfindən keçirilən kvadriqaların (dörd atlı döyüş arabası) yarışı haqqında məlumat verilir.

III əsrə aid olan 75-ci Olimpiya oyunlarından 78-ci oyunlara qədər (e.ə. 480-e.ə. 486-cı illər) və 81-ci oyunlardan 83-cü oyunlara qədər (e.ə. 456-e.ə. 448-ci illər) Olimpiya çempionlarının papirusun üzərindəki siyahısı. Siyahıda on üç idman növünün adı çəkilir: stadionda qaçış, güləş, boks (bu üçü həmçinin oğlanlar üçün ayrıca), 2 stadiyaya qaçış, dolixos (2 min metr), pentatlon, pankration, dəbilqə ilə hoplitlərin yarışı, kvadriqaların yarışı, at yarışı

Oyunlar Elidasın şahı İfit və Spartanın qanunvericisi Likurq tərəfindən bərpa edilir. İfit və Likurqun adları Olimpiyadakı Heranın məbədindəli diskin üzərində həkk olunub. Beləliklə e.ə. 776-cı ildən başlayaraq hər dörd ildən bir Olimpiya oyunları yenidən keçirilməyə başladı. Bu Olimpiya oyunları haqqında məlumat IV əsrin əvvəlində yaşamış Kesariyalı Yevseviy tərəfindən yazılmış Xronikada verilir. Qeyd etmək lazımdır ki, XIV Olimpiya oyunlarına qədər ancaq stadiy (192 m) məsafəsinə qaçışlar üzrə yarışlar keçirilirdi. Bu yarışlar üzrə ilk qalib Elidalı Koreb olub. Sonrakı illərdə oyunlara 2 stadiyaya qaçış, uzun qaçış (7 stadiya), güləş, beşnövçülük (pentatlon), boks, kvadriqaların (dörd atlı döyüş arabaları) yarışması, pankration, oğlanlar arasında (20 yaşa qədər) qaçış, güləş, boks və pankration, tam dəbilqəli qaçış (hoplitlərin qaçışı), iki atlı döyüş arabalarının yarışması, trubaçalanlar və carçıların yarışması, dörd və bir dayçalı döyüş arabaların yarışması kimi idman növləri əlavə olunur.

Oyunları bərpa edərkən İfit oyunlar zamanı müqəddəs sülh (q.yun. ἐκεχειρία) elan edir. Sülhü xüsusi carçılar (q.yun. σπονδοφόροι) əvvəlcə Elidada, sonra isə bütün Yunan şəhərlərində elan edirdilər. Sülhün davam etdiyi ay ἱερομηνία adlanırdı.

Oyunlarda yalnız təmiz yunanlar iştirak edə bilərdi. Barbar adlanan digər millətlər ancaq oyunları izləyə bilərdilər. İstisna romalılar üçün edilir. Belə ki, romalılar ölkənin sahibləri kimi, özləri qaydaları müəyyənləşdirə bilərdilər. Qadınlar isə, Demetranın kahinləri istisna olmaqla, yarışları heç izləyədə bilməzdilər. Ancaq qanılar öz döyüş arabalarını oyunlara göndərəkən, qiyabi olaraq yarışlarda iştirak edə bilədrdilər. Sparta şahının bacısı Kiniska hətta Olimpiya çempionu adını da qazana bilmişdir.

Oyunlar zamanı tamaşaçalın sayı çox olurdu. Çox adam oyunlarda istifadə edərək alış-veriş edirdi, şairlər və rəssamlar isə insanları fürsətdən istifadə edərək öz əsərləri ilə tanış edirdi. Oyunlar zamanı Yunanıstana bir sıra ölkədən səfirlər də göndərilirdi.

Bayram beş gün davam edirdi. Bunlarda bir hissəsi yarışlar, digər hissəsi isə dini qurbankəsmə mərasimləri, ainlər və qaliblərin şərəfinə verilən ziyafətlər üçün ayrılırdı. Pavsaniyin dediyinə görə e.ə. 472-ci ilə qədər bütün yarışlar bir gündə keçirilirdi, sonra isə bayramın bütün günləri keçirilməyə başladı[3].

293-cü Olimpiadanın 1-ci ilində (394-cü il) xristian olan bütöv Roma İmperiyasının sonuncu imperatoru Feodosi Olimpiya oyunlarını bütpərəstlərin (paqan) oyunu kimi qadağan edir. Olimpiya oyunları bir də 1896-cı ildə bərpa edilir (daha ətraflı Olimpiya oyunları məqaləsinə bax).

Yeni əlavə olunan yarış növlərinin xronologiyası

[redaktə | mənbəni redaktə et]
Üzərində qaçıcılar təsvir olunmuş qədim yunan küpü

e.ə. 724-cü ilə qədər ancaq stadiy (192 m) məsafəsinə qaçışlar üzrə yarışlar keçirilirdi.[4]

XIV Olimpiya oyunlarında (e.ə. 724-cü il), Yevseviyə görə, yarışlara ikili qaçış (iki stadiyaya qaçış) əlavə olunub. Bu idman növündə ilk qalib Elidalı Hipen olub. Növbəti, 15-ci oyunlarda (e.ə. 720-ci il) uzun qaçış (7 stadiya) əlavə olunub. Həmin yarışlarda qalib Lakonikalı Akanf olub. Qeyd etmək lazımdır ki, Akanf həm də ikili qaçış yarışlarının qalibi olub. Həmin ildən etibarən idmançılar Akanf kimi lüt iştirak etməyə başladılar[5]. 18-ci Olimpiya oyunlarında (e.ə. 708-ci il) yarışlara iki yeni idman növü, güləş və beşnövçülük əlavə olunur. Güləşdə ilk qalib Lakonikalı Yevribat, beşnövçülükdə isə Lakonikalı Lampis olurlar.[4]

23-cü Olimpiya oyunlarından (e.ə. 688-ci il) boks üzrə yarışlar keçirilməyə başlanılıb. Həmin il boks üzrə keçirilən yarışların qalibi Smirnalı Onomast olur. 25-ci oyunlar zamanı (e.ə. 680-ci il) kvadriqaların (dörd atlı döyüş arabaları) yarışması əlavə olunur. Bu yarışların birinci qalibi Fivdən olan Pagon olur.[4]

33-cü oyunlardan başlayaraq (e.ə. 648-ci il) pankration üzrə yarışlar (ilk qalib Sirakuzlu Liqdamis) və at çaparların yarışları (ilk qalib Fessaliyalı Kraksil) keçirilməyə başladı. E.ə. 632-ci ildə, 37-ci Olimpiya oyunlarında oğlanlar arasında (20 yaşa qədər) qaçış (alib Elidalı Polinik) və güləş yarışları keçirilməyə başladı. Bu güləş yarışlarında qalib olmuş lakonikalı Hipposfen sonralar 5 dəfə böyüklər arasında keçirilən güləş yarışlarının qalibi olur. 41-ci oyunlar zamanı (e.ə. 632-ci il) oğlanlar arasında boks yarışlara əlavə olunur. Burada qalib Sibarisli Filot olur.[4]

Hoplitlərin qaçışı. E.ə. 323–322 illərə aid Benqazidə tapılmış qab

e.ə. 520-ci ildə 65-ci Olimpiya oyunları zamanı hoplitlərin qaçışı adlanan (tam dəbilqəli qaçış) yarış oyunlara əlavə olunur. Bu yarışın ilk qalibi Herai şəhərindən olan Damaret olur. E.ə. 408-ci ildə 93-cü Olimpiya oyunlarında iki atlı döyüş arabalarının yarışları əlavə olunur. Bu yarışların qalibi Elidalı Yevaqor olur.[4]

E.ə. 396-cı ildə 96-cı oyunlarda yeni və qeyri-adi bir yarışlar əlavə olunur. Bu zaman trubaçalanlar və carçılar da Olimpiya olyunlarında yarışmağa baəlayırlar. Trubaçalanların yarışmasında qalib Elidalı Timey, carçılarn yarışmasında isə Elidalı Kratey olur. 384-cü ildə 99-cu Olimpiya oyunları zamanı dörd dayçalı döyüş arabaların yarışması əlavə edilir. Bu yarışlarda Lakonikalı Yevribat qalib gəlir.[4]

131-ci Olimpiya oyunları zamanı (e.ə. 256-cı il) bir dayçalı döyüş arabaların yarışması əlavə edilir. Bu yarışlarda Fessliyalı Hippokrat qalib gəlir. E.ə. 200-cü ildə isə oğlanlar arasında pankration yarışları oyunlara daxil edilir. Bu yarışların qalibi İsgəndəriyyəli Fedim olur.[4]

Sonuncu tarixdə adı məlum olan Olimpiya oyunlarının qalibi İsgəndəriyyəli Heliodordur. O, e.ə. 217-ci (248-ci Olimpiada) və e.ə. 213-cü (249-ci Olimpiada) illərdə stadiya qaçışlarının qalibi olur. 249-cu Olimpiadadan sonra, Yevseviy, öz dediyinə görə, məlumat tapa bilməyib.[4]

Qədim Olimpiya şəhərində yerləşən stadionda qaçış yarışlarının başlandığı yer. Hər ayaq üçün bloklarda xətlər var
  • Məsafəyə qaçış (q.yun. στάδιον, lat. stadium) — stadionun bir tayından o biri tayına qədər 1 olimpiya stadiyası məsafəsinə (192 m) qaçış. İlk və 1-ci Olimpiadadan 13-cüsünə qədər (e.ə. 724-cü il) oyunlarda yeganə idman yarlşması idi. Olimpiya oyunları ənənəyə gğrə məhz bu yarışların qaliblərinin adı ilə tanınırdı (sonralar isə oyunlar nömrələnməyə başladılar). Böyüklər arasında yarışlar məsafəyə qaçışdan başlayırdı, daha sonra isə iki stadiyaya qaçış yarışları keçirilirdi. İdmançılar lüt şəkildə yarışırdılar. Qədim dövrün ən güclü qaçanı isə Rodoslu Leonid sayılırdı. O, e.ə. II əsrdə 4 Olimpiya oyunlarında 12 qələbə qazanmışdır.[3] Qeyd etmək lazımdır ki, e.ə. 80-ci ildə (175-ci oyunlar) böyüklər arasında qaçış yarışları keçırılməmışdi, beləki Lutsi Korneli Sulla bütün idmançıları Romaya çağırmışdı.
  • İkili qaçış (q.yun. Δίαυλος, lat. diaulos) — 2 stadiya məsafəsinə (384 m) qaçış. İdmançılar stadionun axırına qədər qaçır, dirəyin ətrafından dönüb geri qayıdırlar.[6] Bu idman növü üzrə yarlşlar 14-cü Olimpiyadadan etibarən (e.ə. 724-cü il) keçirilməyə başladı.[3][4]
  • Uzun qaçış (q.yun. δόλιχος, lat. dolichos) — 7 stadiya məsafəsinə (1344 m) qaçış. İdmançılar stadionun axırına qədər qaçır, dirəyin ətrafından dönüb geri qayıdırlar, stadiyanı yenə qaçıb, digər dirəyin ətrafında fırlanıb geri dönürdülər. Bu idman növü üzrə yarlşlar 15-ci Olimpiyadadan etibarən (e.ə. 720-ci il) keçirilməyə başladı.[3][4] Onu da qeyd etmək lazımdır ki, qaçış məsafəsi müxtəlif illərdə dəyişirdi, 7 stadiyadan 24 stadiyaya qədər (4608 m qədər).
  • Tam dəbilqəli qaçış və ya hoplitlərin qaçışı (q.yun. ὁπλίτης, lat. hoplitodromos) — iki stadiya məsafəsinə əynində başı və ayaqları qoruyan dəbilqə, əlində qalxanla qaçış. Sonralar ancaq qalxanla qaçırdılar. Bu idman növü üzrə yarlşlar 65-ci Olimpiyadadan etibarən (e.ə. 520-ci il) keçirilməyə başladı. İdmançılar lüt şəkildə yarışırdılar. Hoplitlərin qaçışı ilə yarışlara son qoyulurdu.

Əlbəyaxa döyüşlər

[redaktə | mənbəni redaktə et]
İstirahət edən boksçu. Qədim yunan heykəli
  • Boks (q.yun. πυγμή, lat. pugilatus) yarışları Olimpiya oyunlarına 23-cü oyunlar zamanı (e.ə. 688-ci il) əlavə edilib. Rəqibdən bircə də olsun zərbə almayan idmançılar daha çox hörmət qazanırdılar. Qayadalar rəqibi tutmağ, badalağ vurmağ və ayaqla zərbə vurmağı qadağan edirdilər. Döyüşçülər əllərini dəri kəmərlər ilə sarıyırdılar. Buna baxmayaraq, bu idman növü ən təhlükəli idman növlərindən biri sayılırdı. Qədim müəlliflər sınmış burunları, çıxarılmıç dişləri, əzilmiş burunları qeyd edirlər. Həta idmançının ölümü istisna olunmurdu. II əsrdə yaşamış yunan tarixçisi Pavsaniy Krevq ilə Damoksenin döyüşündən bəhs edərkər, Damoksenin öz rəqibininin zərbəsi ilə içalatını çıxartdığından danışır. Qaydaları pozduğuna görə sakinlər Damokseni qovur, qələbəni isə artıq ölmüş Krevqə verirlər.[3]
Boksçular yorulanda onlara istirahət etməyə icazə verilirdi. Əgər istirahətdən sonra da qalib məlum olmurdursa, onda idmançılar qorunmadan danışılmış sayda zərbələr endirirdilər. Rəqiblərdən biri təslim olanadək (əlini qaldırırdı) yarışlar davam edirdi. Qədim alimlər boks yarışlarını baş ağrısının qarçəsənə alan vasitə adlandırırdılar.
72-ci Olimpiya oyunları zamanı (e.ə. 492-ci il) Astipaleyidən olan Kleomed döyüş vaxtı Epidavrdan olan İkkanı öldürmüş və qalib adından məhrum edilmişdir. Ən güclü boksçu isə Siciliya adasında yerləşən Naksos şəhərindən olan Tisandr sayılırdı. O, 4 Olimpiyadada qalib gəlmişdir.
İki pankrationçunun döyüşü. Afinadan olan və e.ə. 332-ci ilə aid olan amfora. Sağda hakimin çubuq tutmuş əlini görmək olur bu cür çubuq ilə qaydaları pozmuş idmançı (şəkildə raqibin əlini dişləyən) cəzalandırılırdı
  • Pankration (q.yun. παγκράτιον) — güləş texnikası, əl və ayaqlarla zərbələri özündə cəmləşdirən əlbəyaxa döyüş növüdür. “Pankration” sözü yunan sözləri “pan” və “kratos” sözlərinin törəməsidir və “tam güclə” mənasını bildirir. Rəqibi boğmaq olardı, dişləmək və gözlərini çıxarmaq isə qadağan idi. Bu idman növü oyunlara 33-cü Olimpiyadada (e.ə. 648-ci il) əlləri ilə nəhəng şiri boğmuş mifik Heraklın şərəfinə salınmışdır. Oğlanlar üçün isə pankration ancaq 145-ci Olimpiyadada (e.ə. 200-ci il) əlavə olunmuşdur.
Filostratın yazdığına görə ideal pankrationçu boksçüdan yaxçı güləşə bilən, və güləçidən yaxşı boks edə bilən idmançıdır[7].
54-cü Olimpiyadada maraqlı hadisə qeydə alınmışdır. Belə ki, Fiqaleidən olan Arixion pankration yarışını 3-cü dəfə udarkən boğulub ölmüşdür. Lakin onun rəqibi ayağında sinan baş barmağının ağrısına dözə bilməyib və Arixionun ölümündən qabaq təslim olduğu üçün qələbə artıq ölmüş Arixionun adına yazılır. Beləliklə Arixionun cəsədini tamaşıçıların alqışları altında çələng ilə taclandırırlar[3].
Sikionlu Sostrat Barmaqcıq ləqəbi ilə tanınırdı. O, 3 Olimpiya oyunlarında (104-cüdən başlayaraq) rəqiblərinin əllərini tutub barmaqlarını sındırarkən qələbə qazanırdı[3]. Trallı Artemidor oğlanların pankrationunda iştirak etməliydi, lakin yaşca böyük olan pankrationçunun təhqirindən sonra böyüklərin kateqoriyasına yazılır və 212-ci Olimpiyadanın qalibi olur[3].
93-cü Olimpiadanın qalibi Skotusslu Polidam olur. Onun haqqında danışırdılar ki, o şiri silahsız olarkən öldürüb və təkbaçəna üç Fars döyüşçüsünə qalib gəlib[3].
Afinada tapılmış və üzərində güləşçilər təsvir olunmuş məzar qalığı. E.ə. 510-e.ə. 500-cü illər arası
  • Güləş (q.yun. πάλη, lat. lucta) Olimpiya oyunlarına 18-ci Olimpiadada (e.ə. 708-ci il) əlavə edilmişdir. Qaydalara görə zərbələr qadağan edilmişdir, lakin bir-birini itələməyə icazə verilirdi. Yunan dilində müxtəlif fəndlərin adları mövcud idi. Güləşin iki növü var udu: ayaq üstə və yerdə (qumlu yunşaq torpağım üstündə).
Messeniyalı Leontisk rəqiblərinin barmaqlarını tutub əzdiyinə görə Barmaqcıq ləqəbi ilə məşhur idi[3]. Əfsanəvi güləşçilərdən biri Krotonlu Milon olub. O. 14 yaşında 20 yaşa qədər olan oğlanların yarıçında qalib gəlib, sonra isə növbəti 5 Olimpiadada böyüklərin yarışında qalib olub və 66-cı oyunlarda (e.ə. 516-ci il) məğlub olub. Pavsaniy Milon haqqında yazır ki, o başına ip dolayırdo, və nəsəsini saxlayaraq şişmiş damarları ilə ipi qırırdı[3].
  • Pentatlon (q.yun. πενταθλον, lat. quinquertium, pentathlon) — özündə stadiyaya qaçışı, disk atmanı, nizə atmağı, uzunluğa tullanmanl və güləşi cəmləşdirən beşnövçülük. Olimpiya oyunlarına güləşlə yanaşı 18-ci Olimpiadada (e.ə. 708-ci il) əlavə edilmişdir.
Bütün növlər üzlə yrışlar bir gündə tullanmada başlayaraq müəyyən sıra üzrə keçirilirdi. İndiyənədək qalibin necə müəyyən olduğu dəqid məlum deyil. Bəzi tarixçilərin dediyinə görə idmançılar cütlüklərə ayrılır və bir-biri ilə yarışırdılar. Üç növdə qalib gələn ümumu qalib elan edilir və sonuncu cütlükdə yarışırdı[8].
Ərəstunun yazdığına görə beşnövçülük idmançının bədənini ahəngdar şəkildə inkişaf etdirir. Uzunluğa tullanma texnikası fərqki idi. Belə ki, idmançılar məsafəni uzatmaq məqsədi ilə əllərinə yük alıb tullanırdılar. Antik müəlliflərə görə tullanma məsafəsi 15 m qədər çatırdı. Müasir tədqiqdtçılar qədim yunan vazalarındakı şəkillərə əsaslanaraq idmançıların yerindən, yəni əvvəlcədən qaçmadan tullandığlarını iddia edirlət.
Elidalı Qorq yeganə idmançı idi ki, 4 Olimpiadada pentatlonda qalib olmuşdur. O, həmçinin ikili qaçışda və hoplitlərin qaçışında qələbə qazanmışdır[3]. Oğlanlar üçün beşnövçülük yarışları yalnız bir dəfə 38-ci Olimpiya oyunları zamanı keçirilmişdir.

At yarışları

[redaktə | mənbəni redaktə et]

At yarışları Olimpiya oyunlarında yeganə idman növü idi ki, burede qadınlarda qələbə qazana bilərdi. Belə ki, qalib adını çapar və ya arabaçı deyil birinci çatmış atın sahibi qazanırdı. Sparta şahının Kiniksa bu fürsətdən istidadə edərək ilk qadın Olimpiya çempionu olmuşdur.

Əvvəlcə 25-ci Olimpiya oyunlarında (e.ə. 680-ci il) kvadriqaların (dörd atlı döyüş arabaları) yarışması oyunlara daxil edildi. Daha sonra, 33-cü Olimpiya oyunlarında (e.ə. 648-ci il) atların üstündə yarışlar, 93-cü Olimpiya oyunlarında isə (e.ə. 408-ci il) iki atlı döyüş arabalarının yarışması oyunlara əlavə edilir. Böyüklərin və oğlanların yarışı kimi, burada da yarışlar yetkin atlar və dayçalar arasında keçirilirdi.

Kvadriqakarın yarışında iştirakçılar 12 dövrə vururdular. Çox vaxt arabalar aşaraq arabaçınl zədələyirdilər. Qaçış və ya əlbəyaxa döyüçlərdən fərqli olaraq at yarışlarında ancaq varlı yunanlar iştirak edə bilərdilər. Çünki məhz atların sahibləri Olimpiya çempionu adını qazana bilərdi. Kvadriqaların yarışında Makedoniyanın şahı II Filip və Roma imperatorları Olimpiya çempionu adını qazana bilmişlər. Belə ki, 17-ci ildə keçirilən 199-cu Olimpiadada kvadriqaların yarışmasında bu idman növünü yenidən bərpa edən qələbən imperator Tiberi Sezar qazanmışdır. 65-ci ildə isə 211-ci Olimpiya oyunlarında döyüş arabalarının yarışlarında imperator Neron qələbə qazanmışdır[4].

68-ci Olimpiadada (e.ə. 508-ci il) maraqlı hadisə qeydə alınmışdır. Belə ki, Korinfli Feydolun atı çaparı üzərindən atmış ancaq bütün məsafəni düzgün keçərək, dirəyin ətrafından dönüb finiş xəttindən sonra dayanmışdır və qələbə qazanmışdır[3].

Trubaçalanların və carçıların yarışması

[redaktə | mənbəni redaktə et]
Üzərində trubaçalanın da idmançılarla yanaşı şəkli təsvir olunmuş qədim yunan vazası.

96-cı Olimpiya oyunları zamanı (e.ə. 396-cı il) Olimpiadaya trubaçalanların və carçıların da yarışması əlavə olunur. Bu, qədim yunanlara görə idmanla estetik həzzin birləşməsinin məntiqi nəticəsi idi[9]. Məlumdur ki, Olimpiya oyunları zamanı şairlər öz şerlərini oxuyur, rəssamlar çəkdiyi şəkilləri göstərirdilər. Oyunlar bitəndən sonra isə heykəltəraşlar qaliblərin heykəllərini ucaldırdılar, şairlər isə onların şərəfinə enkomiy adlanan mahnılar bəstələyirdilər[10].

Eksedra adlanan qədim Olimpiya stadionunda hakimlərin (ellanodonların) əyləşdiyi yerlər

Yarışları izləyən və qaliblərə mükafat təqdim edən hakimlər ellanodon adlanırdılar. Onlar yerli yunanlardan püşk atma yolu ilə təyin edilirdi və bütün bayramın gedişinə nəzarət edirdilər. Ellanodiklər əvvəl iki nəfər, sonra isə onların sayı ona çatmışdı. 103-cü Olimpiya oyunlarından başlayarkən (e.ə. 368-ci ildən) ellanodonların sayı 12 olur. 104-cü Olimpiadada onların sayı 8-ə qədər azalır. Nəhayət, 108-ci Olimpiya oyunlarından Pavsaniyin dövrünə qədər hakimlərin sayı 10 nəfər olur. Onlar tünd qırmızı rəngdə paltar geyinirdilər və stadionda xüsusi yer tuturdular. Ellanodonlar başda aditarx olan alitaylarda ibarət polis dəstəsinə rəhbərlik edirdilər.

Tamaşaçıların qarşısında çıxış etməzdən əvvəl oyunlarda iştirak etmək istəyən hər kəs Zevsin heykəli qarşısında and içərək ellanodonlara sübut etməliydilər ki, onlar yarışlardan qabaq 10 ay ərzində məşq edirdilər. İştirak etmək istəyənlərin ataları, qardaşları və məşqçiləri and içməliyilər ki, onlar heç bir cinayətdə günahkar olmayacaqlar. Yarışlara 30 gün qalmış bütün iştirak etmək istəyənlər Olimpiya gimnaziyasında ellenodonların qarşısında öz məharətlərini göstərməliydilər.

  1. Spivey, Nigel (2005). The Ancient Olympics Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine. Oxford, England: Oxford University Press. ISBN 0-19-280433-2. Retrieved 2010-02-12. S. 225–226.  (ing.)
  2. Spivey, Nigel (2005). The Ancient Olympics Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine. Oxford, England: Oxford University Press. ISBN 0-19-280433-2. Retrieved 2010-02-12. S. 229–232.  (ing.)
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Pavsaniy. Elladanın təsviri. Arxivləşdirilib 2012-08-25 at the Wayback Machine  (rus.)
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 Yevseviyin xronikası
  5. N.Yalouris.1976.The Olympic Games-through the ages
  6. Suda ensikpolediyası Arxivləşdirilib 2007-03-06 at the Wayback Machine  (ing.)
  7. Filostrat. Gymnastic 36
  8. Prof. Percy Gardner, «The Pentathlon of the Greeks» («Journal of Hellenic Studies», vol. i.9, p. 210 foll. pl. viii.)  (ing.)
  9. Mixail Gasparov. Maraqlı Yunanıstan Arxivləşdirilib 2022-03-13 at the Wayback Machine.
  10. Enkomiy Arxivləşdirilib 2006-01-08 at the Wayback Machine  (rus.)
  • Krause, «Olympia» (В., 1838)
  • Bötticher, «Olympia» (Б., 1886)
  • Förster, «De hellanodicis Olympicis» (Лейпциг, 1879)
  • Dissen, «Ueber die Anordnung der Olympischen Spiele» («Kleine Schriften»)
  • Mommsen, «Ueber die Zeit der Olympien» (Лейпциг, 1891)
  • Förster, «Die Sieger in den Olympischen Spielen» (Цвиккау, 1891-92)
  • Gardner a. Jevons, «A manual of Greek antiquities» (Л., 1895)
  • Латышев, «Очерк греческих древностей» (ч. II, 1889).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]