Elizabet Qudric (1798[1][2][…], Templton[d], Massaçusets – 1882[1][2][…]) — amerikalı rəssam.
Elizabet Qudric | |
---|---|
ing. Elizabeth Goodridge | |
Doğum tarixi | 1798[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 1882[1][2][…] |
Fəaliyyəti | rəssam |
Janr | portret |
Vikianbarda əlaqəli mediafayllar |
Qudric Massaçusets ştatının Templeton şəhərində anadan olub. Onlar ailədə 7 uşaq olub. Bacısı Sara Qudric də miniatür ustası olub. 1820-ci illin sonlarda Elizabet miniatürlər çəkməyə başlamışdır. Çəkdiyi miniatürlər texniki baxımdan zəif olsa da , üslub baxımından bacısının əl işlərinə bənzəyirdi.[3] Eliza hələ uşaq yaşlarından rəsm çəkməyə başlayıb və sənətə meyl göstərib. Lakin onun yaşadığı dövrdə qadınların təhsil alma imkanları məhdud olduğundan o , özü öz üzərində işləyib özünü inkişaf etdirib.[4]
Elizabetin professional karyerasına bacısı Sara ilə bərabər Bostonda başladığı təxmin edilir. Lakin o həyatının çox hissəsini Massaçusetsdə keçirib. 1830-1840-cı illərdə Vosçestrə bir neçə dəfə səfər etdi. Səfərlər zamanı Foster ailəsinin üzvləri ilə tanış olub bir müddət onlarla bərabər yaşayıb. Yaşadığı müddət ərzində onlarım portretlərini də çəkib.[5]
Qudricin daha yaxşı tanınan miniatürləri:
Elizabet 1849-cu ildə, əlli bir yaşı olarkən polkovnik Efraim Stounla evlənib. Stounun Templetonda ümumi mağaza və mişar dəyirmanı var idi.[7]