Viliam Edvard Vest (10 dekabr 1788[1], Leksinqton, Kentukki[2] – 2 noyabr 1857[1], Neşvill[3]) — Amerikalı portret rəssamı.
Vilyam Edvard Vest | |
---|---|
Doğum tarixi | 10 dekabr 1788[1] |
Doğum yeri | |
Vəfat tarixi | 2 noyabr 1857[1] (68 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Vikianbarda əlaqəli mediafayllar |
Vest 1788-ci ildə Kentukki ştatının Leksinqton şəhərində anadan olub. Onun atası gümüşçü olub. Atası onun hələ uşaq yaşlardan incəsənətlə məşğul olmasına kömək olmuşdur.[4] O, 1809-cu ildə Filadelfiyaya köçdü.[5]
1817-ci ildə Qərbi Avropanı, əsasən İtaliya, Fransa və İngiltərənin bir çox yerlərini gəzdi. Ona tez-tez varlı ailələrin portretlərini çəkmək üçün sifafişlər gəlirdi. Bu müddət ərzində o, Vaşinqton İrvinqlə tanış oldu. Tanışlıqdan sonra onunla əməkdaşlıq edərək onun kitabları üçün çoxsaylı illüstrasiyalar çəkdi. Vestin əsərləri Kral İncəsənət Akademiyasında və Britaniya İnstitutunda sərgidə göstərildi. Sonra ABŞ-yə qayıtdı və Baltimorda məskunlaşdı. Vest 1859-cu ildə vəfat etdi.