Elman İsgəndər

Elman Osman oğlu İsgəndər — biologiya elmləri doktoru, BDU-nun professoru, Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri.

Elman İsgəndər
Elman Osman oğlu İsgəndər
Doğum tarixi (69 yaş)
Doğum yeri Qərbi Azərbaycan, Amasiya rayonu
Ermənistan Sovet Sosialist Respublikası Ermənistan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi Botanika
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı professor
İş yerləri Mərkəzi Nəbatat Bağı Ağac və kol bitkiləri laboratoriyasının müdiri
Təhsili Kirovabad Dövlət Pedaqoji İnstitutu
Mükafatları AMEA-nın Fəxri Fərmanı

Elman İsgəndər 1955-ci il aprel ayının 5-də Ermənistan SSR Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbin 1-ci sinfinə başlamış, 1972-ci ildə orta məktəbi bitirmişdir.

1973-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən 1983-cü ilə kimi İsmayıllı rayonunda təyinatla müəllim işləmişdir.

Evlidir, 2 övladı var.

Elmi Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1983-cü ildə Azərbaycan Respublikası EA Botanika institutunda aqronom vəzifəsinə işə götürülmüşdür. 1984-cü ildə “Botanika” ixtisası üzrə aspiranturaya daxil olmuş və 1989-cu ildə “Qafqaz florasına aid nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin Abşeronda bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Sonrakı illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçı, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

1995-ci ildə dosent diplomu almışdır.

2000-ci ildən 2007-ci ilə qədər Türkiyədə Qaziantep Dövlət Universitetində Botanika Bağı yaratmaq və Biologiya bölümündə ders demək məqsədi ilə orada dosent vəzifəsində çalışmışdir.

2012-ci ilin yanvar ayında “Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin, reproduksiyasının və repatriasiyasının elmi əsasları” mövzusunda biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamış, müvəffəqiyyətlə müdafiə etmiş və biologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

2014-cü ildən Bakı Dövlət UniversitetininBioekologiya” kafedrasında professor vəzifəsinə seçilmişdir. Hal-hazırda AMEA Mərkəzi Nəbatat BağındaAğac və kol bitkiləri” laboratoriyasının müdiri vəzifəsində çalışır.

Azərbaycan florasına aid nadir və nəsli kəilməkdə olan ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri, introduksiyası, morfogenezi, reproduksiya və reintroduksiyası in situ və ex situ şəraitində müqayisəli şəkildə tədqiq edilmiş, həmin bitkilərin areallaının kiçilmə səbəbləri aşkar edilərək onların təhlükə kateqoriyaları müəyyənləşmis və mühafizə edilmələri üçün təkliflər verilmişdir. Yaşıllaşdırmada istifadəsi üçün perspektivli növlər aşkar edilərək, istifadələri üçün təkliflər hazırlanmış və ilk dəfə Abşeron şəraitində ağac və kol bitkilərinin introduksiyasının perspektivliyinin qiymətləndirilməsi üçün şkala hazırlanmışdır

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 125, onlardan xaricdə çıxmış elmi əsərlərinin sayı 62, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 10-dir.

  1. Тощумсуз Биткилер Лаборатуар Кылавузу Эазиантеп Цниверситеси, Фен Едебиййат Факцлтеси Бийолоjи Бюлцмц, Эазиантеп, 2002, 112 с.
  2. Эазиантепин доьал биткилери китаб Баскы Ферса Матбаа-Анкара, Эазиантеп-2006, 176 с.
  3. Gaziantepin Geofit (Soğanaqlı) Bitkiləri Kitab Gaziantep, Şehitkamil Bələdiyyəsi.Kültür yayınları, 2010 178 s.
  4. Azərbaycan dendroflorası I cild Kitab “Elm” nəşriyyatı, Bakı 2013
  5. Azərbaycan dendroflorası II cild Kitab “Elm” nəşriyyatı, Bakı 2014
  6. Azərbaycanın nadir ağac və kol bitkiləri Kitab “Elm” nəşriyyatı, Bakı 2014 373 s.
  7. Azərbaycanın nadir oduncaqlı bitkilərinin bioekologiyası, çoxaldılması və mühafizəsi Kitab “Elm” nəşriyyatı, Bakı, 256 s. 2014
  1. Искендеров Э. Оценка перспективности интродукции редких и исчезающих древесных видов Кавказа в условиях Апшерона. Бюлл. ГБС, Москва, 1993, стр. 124-130
  2. İskender E., Zeynalov Y., Özaslan M., Canan C. 2005. The morphogenesis of buds of the rare and disappearing plant Alnus subcordata C.A. Mey. J.”Biotechnology &Biotechnology Eguipment 19/2005/3.77-84 ISSN 1310-2818
  3. İskender E., Y.Zeynalov, M. Özaslan, B.M.Çakır, F.Yayla and F.N. İncik. 2005. Tree and shrub species of the Huzurlu High Plateau (Gaziantep, Turkey). Phytologia Balcanica Sofia vol. 11(2) s. 149-156 ISSN 1310-771
  4. Ozuslu E., E. Iskender, M. Ozaslan and Y. Zeynalov. The Investigation of the flora of Sof Mountains (Gaziantep, Turkey). Flora Mediterranea. Italia Volum 15:179-209. 2005. ISSN 1120-4052
  5. Can C., M. Ozaslan, K. Sarpkaya, H. Toremen and E. Iskender In Vitro Micro-grafting of Pistachio, Pistacia vera L. var. Siirt, Onto Wild Pistachio Rootstock. On Wild Pistachio Rootstocks. The Journal of Cell and Molecular Biology 5:25-31, 2006 ISSN 1303-3646
  6. E.Iskender, Y.Zeynalov, M.Ozaslan, F.N. Incik, F.Yayla. Investigation and Introduction of Some Rare and Threatened Plants from Flora of Turkey. J.”Biotechnology &Biotechnological Eguipment 20/3/2006 p. 60-687.
  7. Искендеров Э. Изучение и сохранение редких и исчезающих древесных растений Азербайджана в ex situ и in situ. Вестник Киевского НУ им Т.Шевченко. 2009, Киев, стр. 138-139

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]