Elman Araslı

Elman Araslı (2 avqust 1933, Bakı22 avqust 2014) — Şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsi[1].

Elman Araslı
Elman Həmid oğlu Araslı
Məkkə (2006). Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycanınn İordaniyadakı səfiri Elman Araslı və jurnalist Etibar Məmmədov
Məkkə (2006). Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycanınn İordaniyadakı səfiri Elman Araslı və jurnalist Etibar Məmmədov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Atası Həmid Araslı
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor

Elman Araslı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb[2].

SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur[2].

65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır[2].

Elman Araslı Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olub[1].

22 avqust 2014-cü ildə vəfat etmiş, 23 avqustda dəfn olunmuşdur[1].

Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi Həmid Araslının oğludur[1].

Gəncənin məşhur din xadimi və dövrünün tanınmış maarifçi ziyalılarından olmuş Məmmədtağı Araszadənin nəvəsidir[2].

1989-cu ildə SSRİ-nin dağılmasından sonra Moskvada yaradılan Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədr müavini Elvira Araslının həyat yoldaşıdır[2].

  • "Yarım əsr Yaxın Şərqdə", 630 səh.[2].
  1. 1 2 3 4 "Diplomat Elman Araslı vəfat edib (VİDEO)". ANS PRESS (az.). anspress.com. 23.08.2014 20:15. İstifadə tarixi: 2014-08-25.[ölü keçid]
  2. 1 2 3 4 5 6 Hacı Nərimanoğlu. "ELMAN ARASLI-80: Diplomat ömrü". Zəngəzur Cəmiyyətləri Birliyi (az.). zengezur.com. 2013. İstifadə tarixi: 2014-08-25.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]