Elman Babayev (jurnalist)

Elman Babayev (d. 30.09.1977, Yerfi kəndi, Quba) — Azərbaycan Respublikasının əməkdar jurnalisti.

Elman Babayev
Elman Şahbaba oğlu Babayev
Doğum tarixi (46 yaş)
Doğum yeri Yerfi, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı

Həyatı[redaktə | mənbəni redaktə et]

Babayev Elman Şahbaba oğlu 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olmuşdur.

  • 2001–2008-ci illərdə "Kaspi" qəzetində və "Trend" İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib.
  • 2008–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸
  • 2012–2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib.
  • 2014–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • Hazırda Azərbaycan Respublikası Təhsli Nazirliyi Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
  • Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.[1]
  • 2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 2 oğlu,1 qızı var.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Elman Babayev: "Mənə yenidən böyük etimad göstərildi"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; Nuray adlı istinad üçün mətn göstərilməyib