Elman Telman oğlu Məmmədov (15 may 1950, Düdəngə, Noraşen rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Şərurun səsi qəzetinin baş redaktoru.[1]
Elman Məmmədov | |
---|---|
Elman Telman oğlu Məmmədov | |
Doğum tarixi | 15 may 1950 (74 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalistika |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsi |
Mükafatları |
Elman Məmmədov Şərur rayonunun Düdəngə kəndində sadə bir kəndli ailəsində dünyaya gəlib. 1969-cu ildə orta təhsilini Düdəngə kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olur.
Ailəli olub (həyat yoldaşı 2013-cü ildə vəfat edib), 2 oğlu (1-i 2016-cı ildə vəfat edib), 2 qızı, 10 nəvəsi, 2 nəticəsi var.