Elmar Məmmədov (bankir)

Məmmədov Elmar Məmməd oğlu (9 oktyabr 1967, Bakı) — "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri.

Elmar Məmmədov
Elmar Məmməd oğlu Məmmədov
Doğum tarixi (56 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası maliyyəçi
hüquqşünas
Təhsili Azərbaycan Xalq Təsərrüfatı İnstitutu;
Bakı Dövlət Universiteti
Fəaliyyəti bankir

Elmar Məmmədov 9 oktyabr 1967-ci ildə anadan olmuşdur[1]. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1996-cı ildə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirmişdir[2].

1987–1989-cu illərdə Azərbaycan Sənaye-Tikinti Bankında, 1990–1995-ci illərdə Azərbaycan Dövlət Vergi Müfəttişliyində, 1995–2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankında, 2004–2005-ci illərdə BUS Bankda, 2005–2009-cu illərdə "Kapital Bank" ASC-də müxtəlif vəzifələrdə çalışmışdır.

2009–2013-cü illərdə "Kapital Bank" ASC-nin, 2014 –2015-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri olmuşdur. 2015-ci ilin iyulundan 2016-cı ilin dekabrına qədər "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edib.[3]

  1. "Elmar Məmmədov [[Adam.az|"adam.az"]] saytında". 2014-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.
  2. Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov kimdir? [ölü keçid]
  3. ""Azərbaycan Beynəlxalq Bankı" RƏSMİ açıqlama verib". 2017-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-08.