Elmir Mirzəyev

Elmir Mirzəyev (16 noyabr 1970) — bəstəkar, musiqişünas və publisist, bir çox müasir musiqi layihələrinin təşkilatçısı, SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəri (1995–2005).

Elmir Mirzəyev
Elmir Əli oğlu Mirzəyev
Ümumi məlumatlar
Doğum tarixi (54 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili Bakı Musiqi Akademiyası

Bakı Musiqi Akademiyasını bəstəkarlıq sinfi üzrə 1994 və aspiranturanı 1998-ci ildə (prof. Fərəc Qarayevin sinfi) bitirmişdir. 1994-cü ildə bəstəkarlar James Dillon və Ole Lützow-Holm’un rəhbərliyi altında Göteborgda (İsveç) ixtisaslaşma keçmiş, 1999-cu ildə Appeldoornda (Hollandiya) Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olmuşdur. 2004-cü ildə Franz Liszt adına Weimar Konservatoriyası nda gənc bəstəkarların seminarının, 2006-cı ildə alman bəstəkarı Karlheinz Stockhausenin Kürtendəki ustad kurslarının iştirakçısı olmuşdur.

Elmir Mirzəyev 1998-ci ildən 2002-dək Bakı Musiqi Akademiyasında müəllim, 2005/2007-ci illərdə sərbəst müasir musiqi kursları təşkil etmişdir. 1995-ci ildə postvoset dövrünün ilk müasir musiqi kollektivi olan SoNoR ansamblı sənət dostları — pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədov ilə birlikdə yaratmışdı. SoNoR (1998-ci ildən müasir musiqi təşəbbüs mərkəzi kimi) 2005-ci ilə kimi fəaliyyət göstərmişdi.

2007-ci ilin payızında DAAD proqramı çərçivəsində professor York Höllerin dəvəti ilə Köln Konservatoriyasında 1 semestr dərs demişdir. Tiflis Dövlət Konsevatoriyası/Gürcüstаn (1999), Praqa Müasir Musiqi Marafonu/Çexiya (1999), Özbəkistan Bəstəkarlar İttifaqıda (2000), Krakov Universitetində/Polşa (2001), Drezden Müasir Musiqi Mərkəzi/Almaniya (2003), Van Universitetində/Türkiyə (2004) Köln Konservatoriyasında (2007), Berlinin Alexander von Humboldt Universitetində mühazirələri keçirilmişdir.

Azərbaycanda müasir musiqiyə həsr olunmuş konsertlər, tədbirlər və müxtəlif konseptual layihələr yaratmışdır. Bəstəkar bundan əlavə digər ziyalı yazıçı və musiqiçiləri, yaratdığı "Kultura.az — Mədəniyyət və İncəsənət portalı" nda bir yerə toplayaraq ictimai həyatda müasir mədəniyyəti daha da dəstəkləməyə və onun təbliğini genişləndirməyə başlamışdır. 2001-ci ildən publisist kimi nəşr edilir, dərc edildiyi nəşrlər: "Музыкальная Академия" jurnalı, "Musiqi Dünyası" jurnalı, "Бакинские Ведомости" qəzeti, "Alma" qəzeti, "Demokrat" qəzeti, "Day.az" portalı, "SouthCaucasus portalı Arxivləşdirilib 2010-03-26 at the Wayback Machine", "Alatoran" Arxivləşdirilib 2010-07-06 at the Wayback Machine jurnalı, AzLogos portalı və s.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tələbələri, Məhəmməd Ənsari və Firudin Allahverdi bəstəkarlıq üzrə beynəlxalq müsabiqələrdə yüksək yerlər qazanmışlar.

P. İ. Yurqenson adına Gənc Bəstəkarların III Beynəlxalq Müsabiqəsi, Moskva/Rusiya, 2005

"Zərb ansamblı" kateqoriyasında

  • II mükafat: Məhəmməd ƏNSARİ (Təbriz) – "Stress without control" solo marimba üçün (I mükafat — təltif edilməmişdir)

IV Pre-Art Bəstəkarlıq Müsabiqəsi Bern/İsveçrə, 2008

I Mükafat: Firudin Allahverdi (Bakı) — "Paradoxes"

1996-cı ildən 11 beynəlxalq layihənin təşkilatçısı (o cümlədən "SoNoR Tellər – Mədəniyyətlər…Təmaslar…" beynəlxalq Müasir və Ənənəvi Musiqi Festivalı, "Asiya Bayramı" beynəlxalq Ənənəvi Şərq Musiqisi Festivalı, Avropa Bəstəkarlarının III Qeyri-Formal Görüşü, "Rəmzdən Öncə" Müasir İncəsənət Festivalı, "Fəyyum Portretləri I", "Fəyyum Portretləri II", və s.).

1994/2009-cu illərdə Almaniya, Fransa, Hollandiya, Belçika, İtaliya, İsveçrə, İsveç, Çexiya, Polşa, Bolqarıstan, Türkiyə, Estoniya, Rusiya, Ukrayna, Moldova, Gürcüctan, Özbəkistan, İndoneziya, Monqolustan, Yaponiya, ABŞ və Meksikada keçirilən müxtəlif beynəlxalq festivalların (habelə beynəlxalq görüşlər, konfranslar, simpoziumlar və s.) iştirakçısı olmuş və əsərləri ifa edilmişdir.

Əsərlərini səsləndirmiş dirijorlar

Əsərlərini ifa etmiş kollektivlər

Əsərlərini çap etmiş nəşriyyatlar

  • İsveçrə| SORDINO Ediziuns Musicals
  • İtaliya| Stradiva Edizione Musicale
  • Azərbaycan| Yeni Musiqi
  • Fransa| Edition Musik Fabrik [20]

Əsərlərin siyahısı

[redaktə | mənbəni redaktə et]
  • 2011
    • "L'identification de la vengeance d'Eurydice" [Evridikanın qisasının identifikasiyası]
Bass fleyta və fleta, 4 zərb alətləri ifaçısı və multimedia üçün Instrumental Musiqi Teatrı
  • 2010
    • "Die schwerfälligste ästhetische Erfahrung von der verschwundene Lärm der Schoenheit" [Gözəlliyin itirilmiş səs-küyünün verdiyi ağır estetik təcrübə]
Violin və kamera orkestri üçün Sinfonia
  • 2009
    • Die Flucht aus der Zeit [zamandan qaçış] (9 dəq.)
4 solist və böyük ansambl üçün (orkestr versiyası da mövcuddur)
İlk ifa:, Sylvia Nopper (soprano) & aequatuor ensemble (İsveçrə) və Gürcüstan Milli Orkestri, dir. Ruben Asatryan, :Tiflis/Gürcüstan, 09.04. 2010
"Convergence" layihəsi
  • 2008
    • İlluminasiya (17 dəq.)
BSO üçün
İlk ifa: Gənc Filarmoniya Orkestri, dir. Fuad İbrahimov, Berlin/Almaniya, 15.08. 2008
"Young. Euro. Classic" Festivalı
    • Anarixaynın dağımış dünyasının xəyali təəsüratı (6 dəq.)
bass fleyta, bass klarnet, zərb alətləri, violin, violonçel və musiqi mərkəzi
İlk ifa: Seattle Chamber Players Ensemble Reflexion K (ABŞ), dir. Julia Tai, Sietl/ABŞ, 25.01.2009
"Silk Road Modern" Festivalı
  • 2006
    • Die gestorbene Zeit des Idealismus [İdealizmin ölmüş zamanı] (9 dəq.)
fleyta, akkordeon, arfa, violonçel və musiqi mərkəzi
İlk ifa: Ensemble Reflexion K (Almaniya), Eckernförde/ Almaniya, 23.09.2006
"Emil Nolde" Layihəsi, rəssamı ölümünün 50 illiyinə ithaf edilmişdir
    • Black room [Qara otaq] (9 mins.), film, rejissor Nonna de Gubek
(orijinal soundtrack Elmir Mirzəyev)
İlk nümayiş: Beynəlxalq Audiovisual Festival, Bakı/Azərbaycan, 02.11.2006
    • Piano üçün 5 üslüb (12 dəq.)
piano solo
İlk ifa: Gülşən Ənnağıyeva, Moskva/Rusiya, 16.12.2006
  • 2005
    • Candentia II [Bərq] (6 dəq.)
simli orkestr (5;5;4;3;1), piano/zərblilər üçün
İlk ifa: QaraQarayev ad. Dovlət Kamera Orkesti, dir. Vladimir Runçak, Bakı/Azərbaycan, 11.10.2007
"Zamanla üz-üzə" Layihəsi
    • Fəyyum Portrləri II (12 dəq.)
soprano, ingilis nəfiri, teobre, musiqi mərkəzi və videoinstallyasiya
İlk ifa: Ensemble aequatuor (İsveçrə), Bakı/Azərbaycan, 19.04.2005
"Fəyyum Portretləri II" Layihəsiı
  • 2004
    • Fəyyum Portrləri (6 dəq.)
bass fl. (və ya fleyta), zərb alətləri, arfa, vçl. və musiqi mərkəzi
Ensemble Reflexion K (Germany)
İlk ifa: Ensemble Reflexion K (Almaniya), Bakı/Azərbaycan, 25.06.2004
"Rəmzdən Öncə" Beynəlxalq Müasir İncəsənət Mini-Festivalı
… SoNoR Ansambl
"Fəyyum Portretləri" Layihəsiı
… Sensus Ansamblı (Gürcüstan)
"saqARTvelo" Müasir Musiqi Günləri
  • 2003
    • Todesfuge (10 dəq.)
Mətn: Paul Celan (1920–1970)
4 ifaçı: 2 soprano, 2 kontrabas və zərb alətləri üçün
Accroche Note Assosiasiyasının sifarişi ilə (Strasburq/Fransa)
İlk ifa: Accroche Note Ansamblı (Fransa) və MW2 Ansamblı (Polşa), Dresden/Almaniya, 05.10.2003
17. Dresdner Tage der zeitgenössischen Musik Festivalı
Nəşr: SORDINO Ediziuns Musicals (İsveçrə)
    • Ayin II (9 dəq.)
səntur və 4 zərb alətləri ifaçıları üçün
Frayburq Ali Musiqi Məktəbinin sifarişi (Almaniya)
İlk ifa: Babək Daneşvər/səntur (İran) və Frayburq Zərb Alətləri Ansamblı, Frayburq /Almaniya, 11.12.2003
30. Jubiläum des Schlagzeugensembles der Freiburger Musikhochschule
  • 2002
    • 4 Mahnı [Azərbaycan Xalq Mahnılari] (18 dəq.)
9 üçün işlənməsi: soprano, fl., kl./bas kl./balaban, git., zərb alətləri (2 ifaçı), pno., sintezator, vçl.
İlk ifa: SoNoR Ansamblı, dir. Bernhard Wulff, Bakı/Azərbaycan, 17.02.2002
"SoNoR Çarpaz Yollarla" Alman-Azərbaycan Müasir Musiqi Layihəsi
    • Sarı Gəlin [Azərbaycan Xalq Mahnısi] (5 dəq.)
4 ifaçı üçün işlənməsi: soprano, fleyta, gitara və zərb alətləri
İlk ifa: SoNoR Ansamblı, Ulan-Bator/Monqolustan, 10.06.2002
"Dırnaqlıların Hayqırtısı" Beynəlxalq Müasir İncəsənət Festivalı
    • Ayin (9 dəq.)
4 zərb alətləri ifaçıları üçün
Bernhard Wulff və Frayburq Zərb Alətləri Ansamblının sifarişi ilə
İlk ifa: Frayburq Zərb Alətləri Ansamblı (Almaniya), Bakı/Azərbaycan, 20.02.2003
"SoNoR Tellər – Mədəniyyətlər…Təmaslar" Beynəlxalq Müasir və Ənənəvi Musiqi Festivalı
  • 2001
    • Rəmzi Üçkünc Çarpazlaşma (12 dəq.)
klarnet/bas klarnet, viola və piano üçün
Trio Obscura və Staffan Martenssonun (İsveç) sifarişi ilə
    • Bəyaz Dairələr (6 dəq.)
klarnet və kaman üçün
İlk ifa: SoNoR Ansamblı, Bakı/Azərbaycan, 02.06.2001
"Keçmiş əsrdən Yeni Musiqi" Beynəlxalq Müasir İncəsənət Festivalı
"Young. Euro. Classic." Beynəlxalq Musiqi Festivalı, Berlin/Almaniya
…ALEA Ansamblı (Makedoniya)
"13 Miedzynarodowe Dni Kompozytorow Krakowskich" Beynəlxalq Müasir Musiqi Festivalı
  • 2000
    • Görünsülər və Əks-səda (12 dəq.)
7 ifaçı üçün:
Zeitkunst — Avstriyanın Müasir İncəsənətə Dəstək Cəmiyyəsinin sifarişi ilə
İlk ifa: SoNoR Ansamblı, dirijor Peter Keuschnig, Bakı/Azərbaycan, 16.09.2000
… SoNoR Ansamblı, dirijor Roland Freisitzer
"November Music" Beynəlxalq Müasir Musiqi Festivalı Festivalı (Almaniya, Hollandiya və Belçika)
  • 1999
    • Еkspromt (3 dəq.)
10 ifaçı üçün
İlk ifa: Ensemble De Ereprijs, dir. Wim Boerman, Apeldoorn/Hollandiya, 18.02.1999
Gənc Bəstəkaların V Görüşü Layihəsi
    • Bahar (5 dəq.)
2 variantda:
1) 6 alət üçün: bas klarnet, alt saxsafon, faqot, valtorna, zərb alətləri və orqan
2) 8 alət üçün: bas fleyta, bas klarnet, faqot, valtorna, zərb alətləri, kaman, viola və violonçel
İlk ifa: Paul Wehage/saksofon (Fransa) və kiçik ansambl, Bakı/Azərbaycan, 19.03.1999
    • Orkestr üçün 7 dəqiqə (7 dəq.)
BSО üçün
3;3;3;3; 4;3;3;1; 4 perc.; hrp., 14,12,10,8,6
İlk ifa: Bazel Simfonik Orkestri, dir. Bernhard Wulff, Bazel/İsveçrə, 27.01. 2001
"İpək Yolu Səsləri" Layihəsi
…Tokio Filarmonik Orkestri, dir. Kazufumi Yamashita
Asyia Musiqisi Festivalı, Tokio/Yaponiya
Nəşr: SORDINO Ediziuns Musicals (İsveçrə)
  • 1998
    • Qara QARAYEV (1918–1982) Prelüdlər VII, VIII, XV, XVI, XXIV (1957–65)
4 ifaçı üçün işlənməsi: klarnet /bas klarnet, zərb alətləri, arfa, violonçel
İlk ifa: SoNoR Ansamblı, Bakı/Azərbaycan, 13.05.1998
    • ReAKSIYA (6 dəq.)
bas klarnet, zərb alətləri, piano və musiqi mərkəzi
İlk ifa: SoNoR Ansamblı, Tbilisi/Gürcüstan, 20.01998
"GIFT" Beynəlxalq Müasir İncəsənət Festivalı
…Icarus Ansamblı (İtaliya)
Festival Musica in Irpina & Festival Spaziomusica (Italiya)
Festival Internacional Cervantino, Mexico (Meksika)
Nəşr: Stradiva Edizione Musicale (Italiya)
    • ŞUR muğamı [Möhlət Müslümovun ifasında (tar) nota köçürülmüşdür]
Nəşr: "Yeni Musiqi" (Azərbaycan)
    • JUStACRUM (10 dəq.)
10 ifaçı üçün
İlk ifa: SoNoR Ansamblı, dirijor Roland Freisitzer, Bakı/Azərbaycan, 18.12.1998
  • 1997
    • …Also, Sie sind gekommen [Nəhayət ki, gəldiniz] (8 dəq.)
Mətn: Lu Andreas Salome (1861–1937)
7 ifaçı: soprano, bas klarnet, zərb alətləri, gitara və piano
YUĞ Theatrının sifarişi ilə
İlk ifa: SoNoR Ansamblı, Bakı/Azərbaycan, 25.01.1997
    • Guillaume de MACHAUT (1300–1377) 7 Motet (30 dəq.)
7 ifaçı üçün işlənməsi: soprano, fleyta, klarnet, faqot, valtorna, arfa, violonçel
İlk ifa: SoNoR Ansamblı, dir. Məsud Kazımzadə, Bakı/Azərbaycan, 04.10.2004
    • Üç хatirə (15 dəq.)
gitara solo
Christoph Jаeggin və Pro Helvetia və Mədəniyyəs Foundunun sifarişi ilə (İsveçrə)
İlk ifa: Christoph Jаeggin, Winterthur/İsveçrə, 26.05.1998
  • 1996
    • Beyin və əllər üçün kiçik bir məşğuliyyət (15 dəq.)
2 ifaçı və 7 aləs üçün (piano və zərb alətləri)
Jacqueline Ott və Pro Helvetia Mədəniyyət Foundunun sifarişi ilə (İsveçrə)
İlk ifa: Asia Musiqisi Həftəsi, Yogyakarta/İndoneziya,05.09.1999
    • Təsbeh Oyunu (14 dəq.)
BSО üçün
(3,2,3,3; 4,2,3,1; 4 zərb.; piano; arfa; 14;12;10;8;6)
  • 1995
    • Candentia [Bərq] (12 dəq.)
7 ifaçı üçün: fleyta, klarnet, gitara, zərb alətləri, piano, kaman, violonçel
İlk ifa: TaG Ensemble (İsveçrə), dir. Fritz Voeglin, Wintenthur/İsveçrə, 21.09.1995
"Musik aus Aserbaidschan" Musiqi Festivalı
…SoNoR Ansamblı, dir. Roland Freisitzer
…Yokohama Residential Musicians in Asian Music Week Festival 2000 in Yokohama/Japan
    • Rəmzi Üçkünc Sükut (16 dəq.)
klarnet/ bas klarnet, gitara və piano üçün
İlk ifa: SoNoR Ansamblı, Bakı/Azərbaycan, 25.01.1996
…Martin Weber, Christoph Jaeggin, Junichi Onaka
Nəşr: Edition Music Fabrik (Fransa)
  • 1994
    • Modus in Rebus (27 dəq.)
BSO üçün
    • Intra Cancellos [Məhdud Məkanda] (6 dəq.)
13 alət üçün
İlk ifa: Göteborg University Ensemble (İsveş), dir. Einar Nielsen, Göteborg/İsveç 20.08.1994
…Ensemble Musica Nova (Bolqarıstan), dir. Dragomir Yossifov
.. SoNoR Ansamblı, dir. Roland Freisitzer
  • 1993
    • Lux in Tenebris (12 dəq.)
2 variantda:
1) kiçik simfonik orkestr üçün
2) 17 alət üçün
İlk ifa: Az. Döv. Filarmoniyası, dir. Yaşar İmanov, Bakı/Azərbaycan, 14.05.1994
Yeni Musiqi: Musiqi Bu Gün Layihəsi
  • 1992
    • 2 Pyes (11 dəq.)
simli kvartet üçün
    • Sacrificium Intellectus (16 dəq.)
9 aləs üçün: klarnet, valtorna, orqan, kanon, piano, kaman, viola, violonçel
Bakıda lentə alınmışdır: 25.12.1993, dirijor Bayandur Mehdiev
  • 1991
    • In Trance (15 dəq.)
solo orqan
    • Poema (12 dəq.)
kaman və piano üçün
İlk ifa: Anar Kərimov və Gülmay İsmayılova Bakı/Azərbaycan, 21.03.1992
  • 1990
    • 5 Pyes (15 dəq.)
solo piano

İzləmək üçün

[redaktə | mənbəni redaktə et]

Müsahibələri

[redaktə | mənbəni redaktə et]

Dinləmək üçün

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

https://www.mirzoev.net/