Elmir Zeynalov

Elmir Sərxan oğlu Zeynalov (24 sentyabr 1994; Goranboy, Azərbaycan — 12 fevral 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Elmir Zeynalov
Elmir Sərxan oğlu Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Goranboy, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Ailənin yeganə oğul övladı olan Elmir Zeynalov 24 sentyabr 1994-cü ildə Goranboy rayonunun Əhmədabad kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Kiçik çavuş Elmir Zeynalov 2016-cı ildə, fevralın 12-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Fevralın 13-ü isə Elmir Zeynalov doğulduğu Goranboy rayonunun Əhmədabad kəndi son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Zeynalov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elmir Zeynalov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]