Elmira Abasova (musiqişünas)

Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur.

Elmira Abbasova
1977 – 1991
ƏvvəlkiB. Məmmədova
SonrakıFərhad Bədəlbəyli
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1932(1932-01-10)
Doğum yeri
Vəfat tarixi 12 fevral 2009(2009-02-12) (77 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti musiqiçi, musiqişünas, pedaqoq, professor
Elmi fəaliyyəti
Elm sahəsi musiqişünaslıq
Elmi dərəcəsi
  • sənətşünaslıq namizədi[d] (1962)
Elmi adı

Təltifləri "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1967
"Qırmızı əmək bayrağı" ordeni

Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir.[1]

E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi.

O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir.[2]

O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.[3]

Professor E. Abbasovanın Üzeyir Hacıbəyovun yaradıcılığına həsr etdiyi "Ü. Hacıbəyovun opera və musiqili komediyaları", "Üzeyir Hacıbəyovun "Koroğlu" operası", "Ü. Hacıbəyov: həyat və yaradıcılıq yolu" fundamental monoqrafiyaları musiqişünaslıq salnaməsini zənginləşdirən əsərlərdir.[4]

Elmira Abbasova müxtəlif nəsillərdən olan bəstəkarların və ifaçıların yaradıcılığını araşdıran musiqişünaslardandır. Onun bu sahədə yazdığı "Cövdət Hacıyev", "Rəşid Behbudov", "Soltan Hacıbəyov", "Səid Rüstəmov", "Qurban Pirimov", "Bəhram Mansurov" və s. kitabçaları, elmi-populyar məqalələri Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında çap olunmuş və oxucular tərəfindən maraqla qarşılanmışdır.[5]

E. Abbasova onlarla məzun-musiqi şünas, 8 sənətşünaslıq namizədi yetişdirmişdir.

E. Abbasova 7 iyul 1967 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, "Qırmızı əmək bayrağı" ordeni ilə, Təhsil Nazirliyinin fəxri fərmanı və medallarla təltif edilmişdir.

Elmira Əbdülhəmid qızı Abbasova 2009-cu il fevral ayının 12-də Bakıda vəfat etmişdir.[6]

  1. Şostakoviç və Azərbaycan simfonizmi [Mətn] /E. Abbasova //Musiqi dünyası.- 2001.- № 3–4.
  2. Zöhrabov, R. Görkəmli musiqişünas, istedadlı pedaqoq [Mətn] /R. Zöhrabov //Azərbaycan.-2002.- 11 yanvar.- S.4.
  3. Rəhimova, N. Yaradıcı ömrün akkordları, elmin həddi üfüqə bənzər: ona yaxınlaşdıqca o uzaqlaşır [Mətn] /N. Rəhimova //Respublika.- 2002.- 8 yanvar.- S.3.
  4. Вторая симфония Кара Караева [Текст] /Е.Аббасова //"Azərbaycan milli musiqisinin tədqiqi problemləri" elmi məqalələr toplusu.- Баку, 1999.
  5. О новаторских тенденциях в творчестве Кара Караева [Текст] /Е.Аббасова.- Bakı: Yeni nəsil, 2000
  6. "Потери азербайджанской и мировой культуры в 2009 году". 2016-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]