Fərhad Bədəlbəyli

Fərhad Şəmsi oğlu Bədəlbəyli (27 dekabr 1947, Bakı) — pianoçu, SSRİ xalq artisti (1990), Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru (1991-ci ildən).

Fərhad Bədəlbəyli
Vəzifədədir
1991-ci ildən
ƏvvəlkiElmira Abasova
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1947(1947-12-27) (76 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti pianoçu, bəstəkar, musiqişünas
Atası Şəmsi Bədəlbəyli

Təltifləri "SSRİ xalq artisti" fəxri adı — 1990 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1978 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1986
"İstiqlal" ordeni — 2017 "Şərəf" ordeni — 2022 "Şöhrət" ordeni — 1997 "İncəsənət və ədəbiyyat" ordeni kavaleri (Fransa) — 2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.

1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı[1]) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.

Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir.[2] Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.

1995-ci ildən o, "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur.

Nəsil şəcərəsi

[redaktə | mənbəni redaktə et]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bəşir bəy
Bədəlbəyli
 
 
 
Əzizə xanım
 
 
 
 
 
 
 
 
 
 
 
Şirinbəyim
xanım
(1853–1939)
 
Əbdülhüseyn bəy
Hacıbəyov

(1842–1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bədəl bəy
Bədəlbəyli

(1875–1932)
 
 
 
Rəhimə xanım
 
 
 
Əhməd bəy
Bədəlbəyli

(1884–1954)
 
 
 
 
 
 
 
 
Zülfüqar bəy
Hacıbəyov

(1884–1950)
 
Üzeyir bəy
Hacıbəyov

(1885–1948)
 
Ceyhun
Hacıbəyli

(1891–1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əfrasiyab
Bədəlbəyli

(1907–1976)
 
Davud
Bədəlbəyli
 
Turqut
Bədəlbəyli
 
Məsturə
Bədəlbəyli
 
Şəmsi
Bədəlbəyli

(1911–1987)
 
 
Məmməd
Ağdamski

(d. 1934)
 
Telman
Ağdamski

(d. 1936)
 
 
 
 
Niyazi
Hacıbəyov

(1912–1984)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fərhad
Bədəlbəyli

(d. 1947)


  1. Португалија: Мусиги // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 609.
  2. Lider TV. "Fərhad Bədəlbəylinin yubileyi konsert proqramı ilə qeyd olunub" (az.). Youtube.com. 27.12.2017. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
  3. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1972-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. Respublikanın musiqi ifaçılığı sənəti xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 11 yanvar 1978-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  5. Respublika ədəbiyyat və incəsənət xadimlərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 fevral 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  6. "Указ Президента СССР от 6 ноября 1990 г. N УП-986 «О присвоении почетного звания "Народный артист СССР" тов. Бадалбейли Ф. Ш.»" (az.). 6 noyabr 1990. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2019.
  7. "İlham Əliyev Xalq Artisti Fərhad Bədəlbəyliyə "İstiqlal" ordeni təqdim edib". 2018-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
  8. "F.Ş.Bədəlbəylinin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]