Elmira Mirzəyeva

Elmira Mirzəyeva (rus. Эльмира Мирзоева; doğ. 2 noyabr 1981, Moskva, Rusiya SFSR, SSRİ) — Rusiya şahmatçısı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2002).[1] İdman jurnalisti, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin şahmat şərhçisi.[2]

Elmira Mirzəyeva
rus. Эльмира Мирзоева
Ölkə Rusiya Rusiya
Doğum tarixi (41 yaş)
Doğum yeri Moskva, SSRİ
Titulu qadınlar arasında beynəlxalq qrosmeyster (2002)
Son reytinqi 2262 (mart 2018)
Maksimal reytinqi 2379 (dekabr 2015)
FİDE nömrəsi 4127951
elmirachess.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Elmira Mirzəyeva 1981-ci il noyabrın 2-də Moskva şəhərində azərbaycanlı ailəsində anadan olub.[3] Əslən Gəncəlidir.[4] Elmiranın özündən böyük Gülnarə adında bacısı və özündən kiçik Nizami adında qardaşı var.[4] Qardaşı şair Nizami Gəncəvinin şərəfinə adlandırılıb.[4]

Şahmat[redaktə | mənbəni redaktə et]

1995-ci ildə məktəbli qızlar arasında mütləq Moskva çempionu olub.[5] 1996-ci ildə o, Kaluqa şəhərində keçirimiş Rusiya birinciliyinin finalında 16 yaşa qədər qızlar arasında Rusiya çempionu adını qazanıb.[5] 1996-cı ilin oktyabr-noyabr aylarında İspaniyada keçirilmiş yeniyetmələrin dünya birinciliyində Rusiya yığmasının heyətində çıxış edib. 1998-ci ildə qadınlar arasında blits üzrə Moskva çempionu, bir il sonra isə qadınlar arasında blits üzrə Rusiya Kubokunun sahibi olub.[5]

2008-ci ildə şahmat üzrə jurnalistlər arasında qeyri-rəsmi dünya çempionatının qalibi olub.[5]

2011, 2012, 20132014-cü illərdə "Moskva open" beynəlxalq şahmat festivalının mükafatçısı olmuşdur.[1]

Jurnalistika[redaktə | mənbəni redaktə et]

2003-2004-cü illərdə "7TV" telekanalının xüsusi müxbiri işləyib. 2004-2006-cı illərdə "Sport" kanalının müxbiri və şahmat şərhçisi olmuşdur. 2005-2006-cı illərdə "Sport" telekanalında yayımlanmış "Alp dağlarında şahmat" və "Şah və ya mat" proqramlarının müəllifi və aparıcısı olmuşdur. 2006-cı il Turin Qış Olimpiya Oyunlarında "Sport" telekanalının xüsusi müxbiri kimi çalışıb. 2008-ci ildən 2010-cu ilə kimi "NTV+Sport" və "NTV+Futbol" kanallarında “Xəbərlər” informasiya proqramının apacısı işləyib. 2006-cı ildən günümüzədək "Mayak", "Vesti Ef Em" və "Rusiya Radiosu"nda informasiya proqramının aparıcısı və şahmat şərhçisi işləyir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "О Себе". Elmirachess.com. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.
  2. "Эльмира Мирзоева" (rus). radiomayak.ru. 20.07.2013. 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  3. "Azərbaycanlı Elmira Mirzəyeva şahmat üzrə Moskva çempionu olub" (az.). AZƏRTAC. 2017-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.
  4. 1 2 3 "Эльмира МИРЗОЕВА: "Для России Азербайджан стал серьезным конкурентом во многих видах спорта"" (rus). Extratime.az. 2011-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
  5. 1 2 3 4 "Эльмира Мирзоева" (rus). Chess-portal.net. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Vikianbarda Elmira Mirzəyeva ilə əlaqəli mediafayllar var.