Elnarə Dərziyeva (12 aprel 1980, Tovuz) — Əməkdar jurnalist, Lider TV-nin xəbərlər departamentinin prodüser və redaktoru.
Elnarə Dərziyeva | |
---|---|
Doğum tarixi | 12 aprel 1980 (44 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Radio və televiziya jurnalistikası |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
bugun.tv |
1980-ci il mayın 12-də Tovuz rayonunda anadan olmuşdur. 1986-cı ildə A. S. Puşkin adına orta məktəbə gedib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin Radio və televiziya jurnalistikası ixtisasını bitirmişdir.
Elnarə Dərziyeva 1998-ci ildə jurnalistika fəaliyyətinə başlamışdır. Əsasən sosial və kriminal sahədəki araşdırmaları ilə fərqlənib. 1998-ci ildə mart ayının 5-dən etibarən, "Bu gün" qəzetində jurnalist kimi çalışmışdır. Daha sonra 4 il müxtəlif qazetlərdə: "Elçi", "Faktor", "Bu gün", "Yeni Avrasiya", qəzetlərində öz yazıları ilə tanınıb. 2001-ci ildə "Lider" televiziyasında işə qəbul olur və ilk olaraq "Üç bucaq" verilişi, daha sonra "Kriminform" verilişində müxbir kimi fəaliyyət göstərib. Daha çox "Səda" Xəbərlər Departamentində səs-küylü məhkəmə prosesləri, sosial araşdırmalarla bağlı reportajlar hazırlamaqla məşğul olub. 2002-ci ilin yanvarında teleməkanda ilk olan "Kriminform" verlişi yaradılır və ölkədə baş verən kriminal hadisələr gündəlik tamaşaçılara çatdırırdı. 2011-ci ildən isə həm "Lider Xəbər" departamentində, həm də departamentin "Barkod", "Bizim Səda", "Kriminform" verilişlərinin həm prodüseri, həm də redaktoru kimi fəaliyyət göstərib.2018-ci ilin dekabr ayında öz xahişi ilə Lider Televiziyasındakı fəaıiyyətnə son verib. 22 illik jurnalist təcrübəsinə malik olan Elnarə Dərziyeva hazırda Azad Azərbaycan Televiziasının ATV Səhər proqramında icraçı və yaradıcı prodüser vəzifəsində çalışır. Ailəlidi. Bir qızı var.
Bundan başqa Elnarə Dərziyeva 2003-cü ildən Ədliyyə Naziriyində qeydiyyatdan keçən "Nurlu Sabah Gənclərə Qayğı" İctimai Birliyinin təsisşilərindən biridi. O eyni zamanda 2011-ci ildə yaratdığı "Şəms Studio" adlı özəl çəklilş studiyasının prezidentidi. Studya əsasən, sənədli və bədii filmlər, sosial çərxlər, şəxsi sifarişlər əsasında ad günləri, yubiley mərasimləri, konsert proqramlarının çəkimini, montaj və yayımını təşkil edir. Elnarə Dərziyeva, həmçinin, iqtisadçı Arzu Qafarlının müəllifi olduğu "5İ Uğur düsturu" kitabının redaktorudu.
"Lider" televiziyasının rəhbərliyi, müxtəlif orqanlar, nazirlik və komitələr tərəfindən dəfələrlə mükafatlandırılmış, 2016-cı ilə prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüş, 2017-ci ildə Kütləvi İnformasiya Vasitələrində çalışan jurnalistlərin yaşam şəraitinin yaxşılaşdırılması məqsədi ilə prezident İlham Əliyevin növbəti sərəncamına əsasən, mənzil hədiyyə olunmuş və "Zirvə Ziyalılar Təşkilatı" tərəfindən Azerbaijan Best Awards −2017, yəni ilin "Ən yaxşı televiziya jurnalisti" nominasiyasının qalibi seçilmışdir.[1]