Qarayev Elnar Cəfər oğlu (26 yanvar 1983, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru.
Elnar Qarayev |
Doğum tarixi |
26 yanvar 1983(1983-01-26) (41 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti |
aktyor |
Təhsili |
|
Elnar Qarayev 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur.
- Dönüş (Cəfər Cabbarlı) — Bayram
- Oğul (A. Babayev) — killer
- Məlikməmməd nağılı — Qara div
- Ölülər (Cəlil Məmmədquluzadə) — kəndli
- Domoklun qılıncı (Nazim Hikmət) — həkim
- Xəyanətin müsibəti (İ. Kərimov) — qapıçı
- Dəli Domrul (Altay Məmmədov) — sərkərdə
- Türk sancağı (A. Qurbani) — Xanəli
- Dirilən adam (Mir Cəlal) — kəndli, məhbus
- Ölüləri qəbristanlıqda basdırın (İsmayıl Şıxlı) — aşıq
- Mesenat (Əli Əmirli) — tələbə
- Tıq-tıq xanım (Abdulla Şaiq) — sehrbaz pişik
- İkinci səs (Bəxtiyar Vahabzadə) — katib
- Bizim qışın sərgüzəşti (X. Həsənova) — Sakit
- İmzanın hökmü (T. Kazımov) — Cəlil
- Gəl Novruzum (S. Cavadlı) — 1-ci ozan
- Kvazimodo (Viktor Hüqo) — Culian Qoşer (dövlət naziri)
- Varlı qadın (Əli Əmirli) — mühafizəçi
- Dəlilər və ağıllılar (İlyas Əfəndiyev) — jurnalist
- Bu dünyanın adamları (Hidayət) — xidmətçi
- Hamlet (Uilyam Şekspir) — Marsel
- Qatil (Elçin) — süpürgəçi
- Boy çiçəyi (İlyas Əfəndiyev) — Bədəl
- Mənim günahım (İlyas Əfəndiyev) — Xansu
- Keçmişdən zəng (Anatoli Krım) — Kişi
- Yaşar (Cəfər Cabbarlı) — Yaşar
2006-cı ildə Zaqulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb.
10 may 2019-cu ildə[1], 7 may 2020-ci ildə[2] və 7 may 2021-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.
- Yanmış körpülər (film, 2007) — rol: ərəb mühafizəçisi
- Biz qayıdacağıq (film, 2007)
- Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: əməliyyatçı
- Mürafiə vəkillərinin hekayəti (film, 2011)
- Ünvansız eşq (2011)
- Xoca (film, 2012)
- Üç görüş
- Muradına çatan Günəş
- Dərvişin qeydləri (film, 2013)
- Fədakar (film, 2015)
- Günəşim ol (teleserial, 2016) — rol: Fərhad
- Ölülər. 21-ci əsr. (film, 2016)]] — rol: kefli İskəndər
- Uçurum (teleserial, 2018) — rol: Ayaz
- Ana və poçtalyon (film, 2020)
- 13-cü mənzil (teleserial, 2021) — rol: Elçin
- Etiraf (film) (bədii-sənədli film) — rol: C. Cabbarlı
- Sarı gəlin (film) (televiziya tamaşası) — rol: Ağaəli
- Şor biznes (film, 2024)