Elnur Əbdülov (23 aprel 2002, Sipiyəpart, Astara rayonu – 28 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elnur Əbdülov | |
---|---|
Elnur Qədir oğlu Əbdülov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 aprel 2002 |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2020 (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri |
Elnur Əbdülov 23 aprel 2002-ci ildə Astara rayonunun Sipiyəpart kəndində anadan olub.[1] Orta təhsilini başa vurduqdan sonra 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Əbdülov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində şəhid olur. Şəhidin nəşi 2 oktyabrda doğulub boya başa çatdığı Sipiyəpart kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əsgər Elnur Qədir oğlu Əbdülov ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.