Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Elnur Qara oğlu Allahverdiyev — Bakı Biznes və Kooperasiya Kollecinin icraçı direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent
Elnur Allahverdiyev | |
---|---|
Elnur Qara oğlu Allahverdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | İqtisad üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yerləri | Bakı Biznes və Kooperasiya Kollecinin icraçı direktoru |
Təhsili | Azərbaycan Kooperasiya Universiteti |
Elnur Qara oğlu Allahverdiyev 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Xətai rayonu 260 saylı məktəbi bitirdikdən sonra 2005-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və kredit” fakültəsinə qəbul olmuş, 2009-cu ildə təhsilini müvəffəqiyyətlə tamamlayaraq bakalavr dərəcəsi almışdır. 2015-ci ildə Poltava İqtisadiyyat və Maliyyə-kredit institutunun “Maliyyə və Menecment” ixtisası üzrə magistr pilləsini bitirmişdir.
2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinin doktorantura şöbəsinə qəbul olmuş, 2019-cu ildə “Əhalinin etibarlı ərzaq təminatında istehsal rolunun artırılması istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2022-ci ildə AAK tərəfindən iqtisad elmləri elm sahəsinin sahə iqtisadiyyatı ixtisası üzrə dosent elmi adı verilmişdir. Elnur Allahverdiyev müxtəlif vaxtlarda respublika və beynəlxalq səviyyəli konfransların iştirakçısı olmuş, iştirak etdiyi konfransların hər birində məqalələrlə çıxış etmiş və təşkilatçılar tərəfindən sertifikat və diplomlarla təltif olunmuşdur. 2021-ci ildə AKU-nun “Sosial iş və tərcümə” fakültəsinə dekan vəzifəsinə seçilmişdir. 2022-ci ilin 21 yanvar tarixində Bakı Biznes və Kooperasiya Kollecinin icraçı direktoru vəzifəsinə təyin edilmişdir. Hazırkı dövrə qədər həmin vəzifəni icra edir. 32 elmi məqalənin, 7 tədris proqramının, 1 dərsliyin, 1 monoqrafiyanın, 1 dərs vəsaitinin və 1 metodiki göstəricinin müəllifidir. Ailəlidir, üç övladı var.
1. Qeyri-neft sənayesinin iqtisadiyyatı, Proqram, “Kooperasiya” nəşriyyatı, Bakı 2019, 16 səh. Н.Ъ.Гафаров, С.И.Вялийева
2. Qeyri-neft sənayesinin iqtisadiyyatı, 4-cü fəsil: 4, 5-ci paraqraflar, 8-ci fəsil: 4-cü paraqraf, 9-cu fəsil: 5, 6, 7-ci paraqraflar, 12-ci fəsil: 3-cü paraqraf, 13-cü fəsil: 3-cü paraqraf, Dərslik, “Kooperasiya” nəşriyyatı, Bakı 2020, 496 səh. E.A.Quliyev, N.C.Qafarov
3. Etibarlı ərzaq təminatında idxaləvəzləyici istehsalın artırılması, Monoqrafiya, “Kooperasiya” nəşriyyatı, Bakı 2021, 160 səh.
4. Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təminat səviyyəsinin tədqiqi, “Kooperasiya” elmi-praktiki jurnal, Bakı 2021, № 4 (63) s. 188-195
5. Problems and indicators of reliable food supply: the example of Azerbaijan, IV. International scientific conference of economics and management researchers, Bakı 2021, səh. 256-269
6. İdxaləvəzetmə siyasətinin ərzaq məhsulları istehsalının artırılmasında rolu və onun ərzaq təhlükəsizliyinin təmin olunmasına təsirləri, Respublikası Milli Elmlər Akademiyasının Xəbərləri. İqtisadiyyat elmlər seriyası, Bakı 2021, № 4, səh. 84-90
7. Значение и суть циркулярной экономики, «Инновации инвестиции» научно-аналитечиский журнал, Москва 2022, № 10, səh. 31-34
8. The impact of the Covid-19 pandemic on global food security, Socrates journal of interdisciplinary social studises, Ankara 2022, № 17, səh. 101-115
9. Assessment of agricultural sales cooperatives in the context of social policy, V. International New York Academic Research Congress, Türkiyə 2022, səh. 23
10. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının səmərəliliyinin yüksəldilməsi yolları, Bakı Slavyan Universiteti, “Azərbaycanşünaslığın Aktual Problemləri”, Bakı 2022, səh. 530-537
11. Kənd təsərrüfatı sahəsində mexanizasiyanın məhsuldarlığa və iqtisadiyyata töhfələri, ADPU, Şamaxı filialı, 5-ci Beynəlxalq elm və təhsildə innovativ texnologiyalar konfransı, Bakı 2022, səh. 311-317
12. A qualitative analysis of human power productivity indicators in agriculture, IV - International conference of food, agriculture, and veterinary sciences, Van, Türkiyə 2022, səh. 84-92
13. Impacts of the Karabakh economic region on the development of the non-oil sector of Azerbaijan, Agro international conference on agriculture, Bakı 2022, səh. 69-81
14. The importance of the logistics sector in the integration of Azerbaijan into the world economic system, International Paris conference on Social Sciences – VII, ISKAD, Paris 2022 səh. 3-15
15. The agricultural potential of liberated territories of Azerbaijan, Tokyo Summit 6th International Conference on Innovative Studies of Contemprary Sciences, Tokio 2022, səh. 264-285
16. Socio-economic impact of the Covid-19 pandemic in Latin American countries in the context of Brazil, Socrates 5th International education, business, economics and social sciences congress, Tunis 2022, səh. 59-75
17. The place and impact of the agricultural sector in the Netherlands economy, Latin America 3rd International conference on scientific researches, Nyu-York 2022, səh. 265-280
18. Problems of farmers producing puddy in Takhar province of Afghanistan and solution suggestions, International scientific research congress – XII, Dehli 2022, səh. 549-561
19. Financial support for the restoration of liberated territories of Azerbaijan, ICPRS 1st International conference on pandemic and global effects interdisciplinary studies, Roma 2022, səh. 47-63
20. Bribery in the public economy, its causes and consequence, Tokat 1st International conference on scientific researches, Tokat 2022, səh. 3-16
21. Etibarlı ərzaq təminatının problemləri və göstəriciləri, Metodik göstəriş, “Kooperasiya” nəşriyyatı, Bakı 2022, 56 səh.
22. Dаşınmаz əmlаkın qiymətləndirilməsi, Proqram, “Kooperasiya” nəşriyyatı, Bakı 2022, 16 səh. İ.Q.Quliyev, G.İ.Quluzadə
23. Turizmə giriş, Proqram, “Kooperasiya” nəşriyyatı, Bakı 2022, 16 səh. Н.Ъ.Гафаров
24. Kənd təsərrüfatı kooperasiyası, Proqram, “Kooperasiya” nəşriyyatı, Bakı 2022, 16 s. İ.Q.Quliyev G.İ.Quluzadə
25. Agricultural economy of Turkic states, ORGANIZATION OF TURKIC STATES Politics, Economics, Cultural Collaborations and 2040 Vision, 2023, səh. 329-370
26. Use of renewable energy resources in agriculture, Вопросы Истории, ежемесячный журнал, Москва 2023, səh. 250-255