Elnur Mikayıl


Elnur Mikayıl (26 yanvar 1984, Şamaxı) — Azərbaycanlı kamança ifaçısı[1]

Elnur Mikayıl
Elnur Babakişi oğlu Mikayılov
Ümumi məlumatlar
Doğum tarixi (39 yaş)
Doğum yeri Şamaxı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi
Janrlar muğam, jazz, folk
Musiqi aləti kamança
Təhsili Azərbaycan Milli Konservatoriyası

Həyatı[redaktə | mənbəni redaktə et]

Elnur Babakişi oğlu Mikayıl[2] 26 yanvar 1984-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Musiqi təhsilinə Şamaxı 1 saylı musiqi məktəbində başlamışdır, daha sonra təhsilini Bakıda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirmişdir. 1999-cu ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecine daxil olmusdur. Ali təhsilini 2003-2007-ci illərdə Azərbaycan Milli Konservatoriyasında almışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 2023-cü ildə Şuşada keçirilən Vaqif Poeziya günləri çərçivəsində konsert proqramında çıxış etmişdir[3]
  • 2023-cü ildə Tbilisi Dövlət Opera və Balet Teatrında Ümummilli Liderin yubileyinə həsr olunmuş qala-konsertdə çıxış etmişdir [4]
  • 2023-cu ildə Heydər Əliyev Mərkəzində pianoçu Ruslan Ağababayevlə birlikdə konsert vermişdir[5][6]
  • 2022-ci il 23 oktyabrda Mərakeşdə keçirilən 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında çıxış etmişdir[7][8][9]
  • 2022-ci ildə rəhbəri olduğu "Simurq" muğam qrupu ilə Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalında konsert proqramı ilə çıxış etmişdir[10]
  • 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının bağlanış mərasimində solist kimi çıxış etmişdir.[11]
  • 2018-ci ildə V Respublika Muğam Müsabiqəsinin qalibi olmuşdur[12]
  • 2018-ci ildə V Beynəlxalq Muğam Festivalının qalibi olmuşdur[13]
  • 2016-cı ildə dün­ya şöhrətli etnocaz ifaçısı Dhafer Youss­ef ilə birgə konsert vermişdir[14]
  • 2016, 2017-ci illərdə caz vo­kalisti Pyer de Treq­omani ilə Fransada kon­sertlər vermişdir[15]
  • 2014, 2015 və 2016­-cı illərdə Türkiyənin dünyaca məşhur zərb alətləri ifaçısı Misirli Əhm­əd ilə birgə konsertl­ərdə çıxış etmişdir[16]
  • 2015, 2016-cı illərdə Kanadanın Toronto şəhərində Firəngiz Əlizadənin “Oya­n” adlı konsertinin kamança ifaçısı olmuşdur[17][18]
  • İf­aları bir çox xarici ölkələrdə işıq üzü görmüş, audio disklərə yazılmışdır,[19] İtaliyada “Felmay Re­cord” şirkətinin buraxdığı disklərdə ifaları yer almışdır.[20]
  • 2012-ci ildə İtaliyada keçirilən “Musica Dei Popoli” Beynəlxalq musiqi festivalında çıxış etmişdir[21]
  • 2012-ci ildə London şəhərində keçirilən “ WOMAD” musiqi festivalında çıxış etmişdir[22]

Elnur Mikayılov ölkə daxilində[23] və beynəlxalq qastrollarda olmuşdur[24], Avstraliya, Amerika[25], Yeni Zelandiya, Böyük Britaniya[26][27], Almaniya, İsveç, İspaniya, İtaliya, Fransa[28], Slovakiya, Rusiya[29], Avstriya, İsveçrə, Yunanıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, İran[30], BƏƏ[31], Səudiyyə Ərəbistanı, Türkmənistan, Hollandiya, Macarıstan, Çexiyada, İsrail[32] və s. keçirilən çoxsaylı beynəlxalq festivallarda konsert proqramı ilə çıxış etmişdir.[33] Klassik muğam və folklor musiqisindən əlavə simfonik və caz kimi digər janrlarda da yaradıcılıq fəaliyyəti göstərmişdir.[34][35] Bir sıra məşhur Muğam Musiqi Ansambllarının baş kamança ifaçısıdır.[36]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Rəsmi Video və Audio kanalları[redaktə | mənbəni redaktə et]

Sosial media hesabları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  2. "Arxivlənmiş surət". 2019-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  3. https://www.trend.az/azerbaijan/society/3773334.html
  4. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-13.
  5. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.
  6. "Arxivlənmiş surət". 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.
  7. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.
  8. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
  9. "Arxivlənmiş surət". 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
  10. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  11. https://metbuat.az/news/173926/elnur-mikayilov-avropa-oyunlarinda-kamancada-ifam-dunyaya-bi.html[ölü keçid]
  12. "Arxivlənmiş surət". 2020-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  13. "Arxivlənmiş surət". 2018-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  14. "Arxivlənmiş surət". 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  15. "Arxivlənmiş surət". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  16. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  17. "Arxivlənmiş surət". 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  18. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  19. "Arxivlənmiş surət". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  20. "Arxivlənmiş surət". 2016-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  21. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  22. "Arxivlənmiş surət". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  23. "Arxivlənmiş surət". 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  24. "Arxivlənmiş surət". 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  25. "Arxivlənmiş surət". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  26. "Arxivlənmiş surət". 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  27. "Arxivlənmiş surət". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  28. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  29. "Arxivlənmiş surət". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  30. "Arxivlənmiş surət". 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  31. "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  32. "Arxivlənmiş surət". 2019-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  33. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  34. "Arxivlənmiş surət". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  35. "Arxivlənmiş surət". 2016-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  36. "Arxivlənmiş surət". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.