Firəngiz Əlizadə

Firəngiz Əliağa qızı Əlizadə (28 may 1947[1][2][…], Bakı) — Azərbaycanın bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Azərbaycan Respublikasının Xalq artisti (2000), professor (1998), AMEA-nın müxbir üzvü (2017),[3] UNESCO-nun "Sülh artisti" (2007), "Şöhrət" (2007), "Şərəf" (2017) ordenləri laureatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü.[4] Azərbaycan Bəstəkarlar İttifaqının VIII (2007), IX (2012) və X (2019) qurultaylarında sədr vəzifəsinə seçilmişdir.

Firəngiz Əlizadə
Vəzifədədir
2007-ci ildən
SonrakıTofiq Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 28 may 1947(1947-05-28)[1][2][…] (77 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti bəstəkar, pianoçu, musiqişünas
Dini islam

Təltifləri "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1990
"Şərəf" ordeni — 2017 "Şöhrət" ordeni — 2007 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2018 "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı — 2021
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda ifaçılar tərəfindən səsləndirilir. Onun musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanmışdır.

Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmağa başlamış, 1972–1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışmışdır. F. Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür.

1992-ci ildə F. Əlizadəyə Türkiyə dövləti tərəfindən "Boş beşik" baletinin yaradılması sifariş olunmuşdur. Həmin əsər Mersin Opera və Balet Teatrının açılışı münasibətilə 3 yanvar 1993-cü ildə səhnəyə qoyulmuşdur. 1998-ci ilə qədər F. Əlizadə Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışmışdır.

1999-cu ildə isə o, Almaniyaya, Berlin İncəsənət Akademiyasının ("Akademie der Künste") professoru vəzifəsinə dəvət olunmuşdur. 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərmişdir.

F. Əlizadə 1974-cü ildən SSRİAzərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmiş və bu günə kimi həmin vəzifədə fəaliyyətini davam etdirir.

F. Əlizadənin fəaliyyəti çoxşaxəli və genişdir. F. Əlizadə bir bəstəkar, pianoçu, musiqişünas, pedaqoq, dirijor, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Bir pianoçu kimi o, Arnold Şönberq, Alban Berq, Anton Vebern, Paul Hindemit, Olivye Messian, Con Keyc, C. Kramb kimi bəstəkarların əsərlərinin ölkəmizdə ilk dəfə ifa edib və onların tanıdılmasında mühüm rol oynamışdır. O, bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olmuşdur. Öz əsərlərinin təqdimatında da o, həm pianoçu, həm də dirijor kimi çıxış edir. Bakıda ilk "Müasir Musiqi" Festivallarının təşkilatçılarından biridir (1986–1991).

F. Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir. Onun əsərləri bir çox xarici ölkələrdə ifa olunmuş, o, həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülmüşdür.

F. Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin müəllifidir: "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Muğamsayağı", "Oazis", "Dərviş", "Abşeron" – müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, "Silk road" Konserti, violonçel və orkestr üçün Konsert "Mərsiyə", böyük simfonik orkestr üçün "İthaf", "Nağıllar" və s. əsərlər.

Son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərdən: Violonçel üçün "Oyan!" (Paris, Fransa, 2005), Kvintet üçün "Xəzər" (Nyu-York, ABŞ, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, ABŞ, 2006); "Optical İdentity" baleti (Sinqapur, 2007); Misteriya "Al Kamandjaty" (Roma, İtaliya, 2007), Skripka üçün "Dastan" (Auqsburq, Almaniya, 2007), Hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, İsveçrə, 2008), "Your name means the Sea" operası (Hyuston, ABŞ, 2011), Xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012), Fortapiano üçün "Landscape" (Fransa, 2012), qarışıq kvartet üçün "Schwindende Schönheit" (Münhen, 2016), kamera orkestri və zərb alətləri üçün "Harmony" (Los-Anceles, ABŞ, 2019) və s. qeyd etmək olar.

2017-ci ildə XIV əsr Azərbaycan şairi İmadəddin Nəsiminin ölümünün 600 illiyi münasibətilə UNESCO-da keçirilən tədbirdə "Nəsimiyə ithaf" baleti tamaşaya qoyulmuşdur. 2017-ci ildə Amsterdamın "Consertgebouw" konsert təşkilatının sifarişi ilə yazılan solist, xor və simfonik orkestr üçün "Nasimi-Passion" əsərinin premyerası baş tutmuşdur.

2019-cu ildə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş "Nəsimi ili" çərçivəsində Bakıda F. Əlizadənin "Nasimi-Passion" əsəri vokal-xoreoqrafik tamaşa kimi Heydər Əliyev Sarayında səhnəyə qoyulmuşdur.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan musiqi xadimidir. O, Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən I (2009), II (2011), III (2013), IV (2015) və V (2018) "Muğam Aləmi" ("Space of Mugham") Beynəlxalq Musiqi Festivalının, Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəki şəhərində keçirilən I–X (2010–2019) "İpək yolu" Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri kimi, həmçinin, "Üzeyir dünyası" layihəsinin koordinatoru və baş redaktoru kimi səmərəli fəaliyyət göstərir.

8 fevral 2015-ci ildə Firəngiz Əlizadənin əsərlərinin də daxil olduğu Amerikalı ulduz skripkaçı Hillari Hanın (ing. Hillary Han) "Deutsche Grammofon" albomu "Qremmi" mükafatına layiq görülüb[5]. Azərbaycanlı bəstəkarın əsərlərinin çoxluq təşkil etdiyi albom "İlin ən yaxşı kamera musiqisi" nominasiyasının qalibi seçilib.[6]

2019-cu ildə dünyanın nüfuzlu təşkilatlarından biri olan "Aga Khan Foundation" tərəfindən "Aga Khan Music Award — 2019" (creation) Belnəlxalq Musiqi mükafatına layiq görülmüşdür. Bu mükafat dünyada ilk dəfə olaraq bəstəkarlıq sənəti üzrə təsis olunmuşdur və "Nəsimi İlahiləri" ("Nasimi Passion") əsərinə görə F. Əlizadəyə — 2019-cu il aprelin 1-də Portuqaliyanın Prezidenti Marselo Rebelo, Ağa Xan Fondunun prezidenti, zati-aliləri Ağa xan və şahzadə Amin tərəfindən Lissabonda keçirilən təntənəli mərasimdə təqdim olunmuşdur.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Sonata № 1piano üçün (Alban Berqin xatirəsinə ithaf olunub). İlk ifa: 1970, Bakı, Azərbaycan.
  • Simfoniya. 1976.
  • "Vətən haqqında nəğmələr" — oratoriya (Nəbi Xəzrinin sözlərinə). İlk ifa: 1976, Bakı.
  • "Fantaziya" — orqan üçün. 1977. İlk ifa: 1978, Bakı.
  • Simli kvartet. İlk ifa: 1978, Tbilisi, Gürcüstan.
  • "Monoloq"violonçel və zərb alətləri üçün. İlk ifa: 1979, Bakı.
  • "Habil Sayağı"violonçel və fortepiano üçün. İlk ifa: 1979, Leninqrad, Rusiya.
  • "Komsomol odası"xor və simfonik orkestr üşün (Davud Nəsibin sözlərinə). 1982, Bakı.
  • "Ağ atlı oğlan haqqında əfsanə" – rok-opera. 1982.
  • "Kvartet-Poema"klarnet, skripka və iki zərb aləti üçün. İlk ifa: 1983, Bakı.
  • Simfoniya, ikinci redaksiya. 1984.
  • "Üç akvarel" – vokal silsilə (Nigar Rəfibəylinin sözlərinə). İlk ifa: 1987, Bakı.
  • "Zu den Kindertotenliedern" (Qustav Malerin xatirəsinə ithaf olunub). İlk ifa: 1989, Zürix, Almaniya.
  • "Music for Piano" ("Piano üçün musiqi"). İlk ifa: 1989, Los-Anceles, ABŞ.
  • "Dilogiya II". İlk ifa: 1990, Zürix, İsveçrə.
  • Sonata № 2piano üçün. İlk ifa: 1990, Heydelberq, Almaniya.
  • "From Japanese Poetrie" ("Yapon poeziyasından") — vokal silsilə, 3 ifaçı: soprano, fleyta, piano/vibrafon/çelesta üçün. (İ. Takubokunun sözlərinə). 1990. İlk ifa: 1995, Bern, İsveçrə.
  • "Crossing-I" ("Çarpazlaşma-I") – 2 ifaçı: klarnet və vibrafon/klavesin üçün. 1991. İlk ifa: 1995, Bern, İsveçrə.
  • "Crossing-II" ("Çarpazlaşma-II") – 11 ifaçı üçün. 1992. İlk ifa: 1995, Bern, İsveçrə.
  • "Boş beşik" – iki pərdəli balet (Nicat Cüməlinin poeması əsasında). 1993, Mersin, Türkiyə.
  • "Muğam Sayağı" (3 saylı simli kvartet) — simli kvartet, zərb alətləri və sintezator üçün. 1993, Nyu-York, ABŞ
  • "Phantasie"solo gitara üçün. İlk ifa: 1994, Wintetur, Almaniya.
  • "Miraj" ("İpək yolu" silsiləsindən) – ud və kamera ansamblı üçün. İlk ifa: 1998, Amsterdam, Niderland.
  • "Azərbaycan pastoralı"fleyta, iki gitara və zərb alətləri üçün. 1998, Luqano, İsveçrə.
  • "Strum und Drang"simfonik orkestr üçün. 1998, Köln, Almaniya.
  • "Aşk havası" ("İpək yolu" silsiləsindən) – solo violonçel üçün. 1998. Tallin, Estoniya
  • "Oasis" (4 saylı simli kvartet; "İpək yolu" silsiləsindən) – simli kvartet və maqnit yazısı üçün. 1999, Qlazqo, Şotlandiya.
  • "Silk road" Konsertizərb alətləri və kamera orkestri üçün. 1999, Lüsern, İsveçrə.
  • "İtirilmiş zaman axtarışında" ("İn Search of Lost Time") – soprano və kamera orkestri üçün (müəllifin sözlərinə). 1999, Orhus, Danimarka.
  • "Власть красоты" – romans, tenor və simli kvartet üçün. (A. S. Puşkinin sözlərinə). 1999, Sankt-Peterburq, Rusiya.
  • "Ölümsüzlüyə səyahət" oratoriyası – bariton, xor və simfonik orkestr üçün (Nazim Hikmətin sözlərinə). 1999, Lüsern, İsveçrə.
  • "Gottes ist der Orient" – xor, orqan, arfa və zərb alətləri üçün (Azərbaycan şairlərinin sözlərinə və V. Hötenin "Şərq-Qərb Divanı" poeması əsasında. Azərb. və alman dillərində). İlk ifa: 2000, Köln, Almaniya.
  • "Dərviş" septeti — qiraətçi, solo violonçel və ansambl üçün. 2000. İlk ifa: 2001, Votersen, Almaniya ("Schleswig Holstein" Musik Festival).
  • "Abşeron" kvintetipiano (prepare) və simli kvartet üçün. 2001, Paris, Fransa.
  • "Du Don De Sol"balet. "Absheron Quintet" əsərinin musiqisi əsasında, Paulo Ribieronun xoreoqraflığı ilə "Kronos Quartet" və müəllifin ifasında. "Arseni Tarkovskinin kino dünyası" baleti. Portuqaliya, Lissabon. 2002/2003.
  • "Bayatılar""Hilliard" ansamblı üçün (kişilərdən ibarət vokal kvartet). 2001, Bonn, Almaniya.
  • "Dəyişmə"iki arfa və maqnit yazısı üçün. 2001, İstanbul, Türkiyə.
  • Konsert – marimba və simli orkestr üçün. 2001. İlk ifa: 2002, Ştutqard, Almaniya, (III Beynəlxalq Marimba Müsabiqəsi)
  • "Stadt Graniza". Balet. İlk ifa: 2001, Berlin, Almaniya
  • "Mərsiyə"violonçel və simfonik orkestr üçün Konsert. 2002, Lissabon, Portuqaliya.
  • "Nağıllar"böyük simfonik orkestr üçün. 2002, Lüsern, İsveçrə.
  • "Metamorphoses"("Şüştər")12 violonçel üçün. 2002, Berlin, Almaniya.
  • "Song of Azerbaijan" – balet. "Muğam Sayağı" əsərinin musiqisi əsasında, "Kronos Quartet"in ifasında, "Pearl Lang" Balet Company. Broadway, New-York, ABŞ. 2000/2003.
  • "İthaf"böyük simfonik orkestr üçün. 2003, Bakı, Azərbaycan.
  • "Sabah" – violin, violonçel, bifa (çin aləti) və hazırlanmış royal üçün. İlk ifa: 2003, San-Dieqo, ABŞ. "Aspen" festivalı.
  • "Yanar Dağ"violonçel və bayan üçün. 2003, Zermatt, İsveçrə.
  • "One" – fin xoreoqrafik qrupunun baleti, Helsinki, 2003/2005.
  • "Zikr" – Avropa, Asiya və Qafqaz musiqi alətlərindən ibarət "Atlas" orkestri üçün. (İ. Nəsiminin sözlərinə). 2004, Amsterdam, Niderland (Concertgebow).
  • "Impromptus" – trio (violin, violonçel və fortepiano üçün). 2004, Dublin, İrlandiya. ("Bantri" Festivalı)
  • "İn Search of…" ("Axtarışda…") – simli kvartet üçün. İlk ifa: 2005, Amsterdam, Niderland.
  • "Vorgefrühl" ("Öncə sezmə…") – solo violonçel və nəfəsli alətlər kvinteti üçün. 2005, Münhen, Almaniya.
  • "Dəyişmə II" – kontrabas, tabla (hind zərb aləti) və simli kamera orkestri üçün. 2005, Osnabrük, Almaniya.
  • "Impromptu-Crossings" – hazırlanmış fortepiano (solo), 5 azərbaycan xalq çalğı alətləri və kamera orkestri üçün. 2005, Paris, Fransa ("UNESCO" qərargahı səhnəsi).
  • "Oyan!" – solo violonçel üçün. VIII M. Rostropoviç Beynəlxalq Müsabiqəsi. 2005, Paris, Fransa.
  • "Xəzər" – kvintet (simli kvartet və piano). 2006, Nyu-York, ABŞ ("Focus" Festivalı).
  • "Atəş" – fleyta, klarnet, violin, violonçel və zərb alətləri üçün. 2006, Sietl, ABŞ ("Icebreaker III: Caucasus" Festivalı)
  • "First words" ("İlk sözlər") – soprano, klarnet, fortepiano və maqnit lent yazısı üçün. 2006, Turin, İtaliya.
  • "Optical Identity". Balet. İlk tamaşa: 2007, Sinqapur; "Sinqapur İncəsənət Festivalı", 2007/2009.
  • "Al Kamandjaty". Misteriya. İlk tamaşa: 2007, Roma, İtaliya.
  • "İntizar" ("Qarabağnamə") – 2 pərdəli opera. İlk tamaşa: 2007, Bakı, Azərbaycan, ADOBT.
  • "Dəniz" – hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün. 2008, Bern, İsveçrə.
  • "Dastan"solo violin üçün. Leopold Mosart adına Beynəlxalq Müsabiqə. 2009, Auqsburq, Almaniya.
  • "Your name means the Sea" ("Sənin adın Dənizdir") — opera. İlk ifa: 2011, Hyuston, ABŞ (Houston Grand Opera).
  • "Mugflagamenco" – xanəndə, flamenko ifaçısı və ansambl üçün. 2011, Amsterdam, Niderland.
  • "Impulse"violin və fortepiano üçün. İlk ifa: Hillary Hahn, 2012, Rio de Janeyro, Braziliya; 2013, İstanbul, Türkiyə.
  • "Landscape" ("Mənzərə") – fortepiano üçün. 2012, Qalyar, Fransa.
  • "Party Piece" – "John Cage-100" layihəsi. Miller Theater. 2013, Nyu-York, ABŞ.
  • "Duo of accordance"klarnet və violonçel üçün. (Prof. Yulius Bergerin 60 illiyinə). 2014, Auqsburq, Almaniya.
  • "Syrius"solo marimbafon üçün. (Evelyn Glenny — 50). 2015, London, Böyük Britaniya.
  • "Trance"balet. İlk ifa: 2015, Coburg, Almaniya, Landestheater Coburg – 2015–2016 mövsümü ərzində 11 tamaşa (F. Əlizadənin müxtəlif əsərləri əsasında).
  • "Oyan!" – performance. Aga Khan "İslam mədəniyyəti" muzeyinin açılış mərasimi. 2016, Toronto, Kanada.
  • "Çal udi bu axşam"xor kollektivi üçün. "Mahnıdan Şarkıya" layihəsi. 2015. Bakı – Ankara.
  • "Bu dağda maral gəzər" – xalq mahnısı mövzusunda variasiyalar. "Utopik" kamera ansamblı üçün. 2015, Nant, Fransa.
  • "Schwindende Schönheit". Palmiraya həsr edilir. "Sonorrizonte" ansamblı. 2016, Münhen, Almaniya.
  • "Rəqs" – "Kronos" kvarteti üçün. 2016, San-Fransisko, ABŞ.
  • "Прощай, позабудь"romans, bariton və fortepiano üçün (İ. Brodskinin sözlərinə). Peter Schöne (bariton) – Martyn Schulz (fortepiano). 2016, Bad Kissingen Festivalı, Almaniya.
  • "Nympheas. Les Nuagres"solo violonçel və ansambl üçün. (Klod Monenin rəsm əsəri üzrə). 2017, Giverny, Fransa.
  • "Nəsimiyə ithaf"vokal-xoreoqrafik tamaşa, Nəsiminin ölümünün 600 illiyinə həsr olunub. 2017, UNESCO, Paris.
  • "NASİMİ-Passion" – solo-bariton, xor və simfonik orkestr üçün. 2017, Amsterdam, Niderland, "Concertgebouw".
  • "Spring morning in Baku""ZoFo" fortepiano dueti üçün. (Səttar Bəhlulzadənin rəsm əsəri üzrə). 2018, Nyu York, ABŞ.
  • "Harmony"fortepiano, zərb alətləri və kamera orkestri üçün. "iPalpiti" Festivalı. İlk ifa: 2019, Los-Anceles, ABŞ (Walt Disney Concert Hall).
  • "Nasimi-Passion"vokal-xoreoqrafik tamaşa. Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub. 2019, Bakı.
  • Qara Qarayev fotoalbomu /Q. Qarayevin 80-illiyinə həsr edilib/ (azərb., ing. və rus dillərində). B., 1997;
  • Azərbaycanın simfonik musiqisi. B., "Şur", 1998.
  • Almaniyanın MGG (Die Musik in Geschichte und Gegenwart) ensiklopediyası üçün Qara Qarayev haqqında məqalə. Deutschland, Barenreiter-Verlag, 2004.
  • "Muğamat sənəti dünya musiqisi aləmində" (azərb., rus, ing. dillərində) Bakı, "Muğam" jurnalı № 1, 2007.
  • "Multikulturalizm ideyaları Azərbaycan bəstəkarlarının əsərlərində". Elmi məqalə. Multikulturalizm mərkəzinin dərsliklərində (2018–2019).
  • "Muğam Aləmi" ("Space of Mugham") Beynəlxalq Musiqi Festivalı. Bədii rəhbər (2009, 2011, 2013, 2015, 2018);
  • Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı. Bədii rəhbər (2010–2019);
  • A. Petrov adına Beynəlxalq bəstəkarlar müsabiqəsi. Münsiflər heyətin Sədri. Sankt-Peterburq (Rusiya Federasiyası — 2014, 2016, 2018);
  • "Энциклопедия азербайджанского мугама". Koordinator və baş redaktor (2014).
  • "Üzeyir dünyası" Heydər Əliyev Fondunun nəşr etdiyi layihənin koordinatoru və baş redaktoru.

Firəngiz Əlizadə haqqında kitablar

[redaktə | mənbəni redaktə et]
  1. Frangis Ali-Sade. Leben und Schaffen der aserbaidschanischen Komponistin und Pianistin – eine Dokumentation, zusammengestelt und herausgegeben von Ulrike Patow. Hamburg, 2007. www.pfau-music.com (alman dilində)
  2. Адилова А. Путешествие к себе (Мир поэтических субстанций Назыма Хикмета в музыке Франгиз Ализаде). Баку, 2003. (rus dilində)
  3. Ордуханова X. Али-заде Ф. А. Триумфальные пересечения Востока и Запада. Статьи, материалы. Баку, 2009. (rus dilində)
  4. Hacıyeva M. Firəngiz Əlizadə musiqisinin fəlsəfi dünyası. Bakı, Elm, 2011. (azərb., rus və ing. dillərində).
  5. Ulduze Qaraqızı. Firengiz Alizadenin müzik dünyası. Bakı, 2014. (türk dilində)
  6. Babayeva H. Firəngiz Əlizadə. Bakı, "Şərq-Qərb", 2014. (azərb. dilndə)
  7. Əliyeva M. Ə. Müasir Azərbaycan musiqi inkişafında bəstəkar Firəngiz Əlizadənin rolu və yeri. Bakı, 2017. (azərb. dilində)
  8. Микеладзе Г. Франгиз Ализаде. Авторитет лидера. Баку, "Papirus NP", 2017. (rus dilində)
  9. Babayeva H. Firəngiz Əlizadə — Dünya şöhrətli bəstəkarımız. Bakı, 2018. (azərb. dilində)
  10. Мамедова Л. Кантата "Gottes ist der Orient" Франгиз Ализаде. Баку, АГПУ, 2018. (rus dilində)

Firəngiz Əlizadənin əsərlərindən ibarət cd-albomlar:

  1. "Crossings …" Music by Frangiz ALI-ZADE
    • La Strimpellata Bern
    • BIS CD-827 DIGITAL
    • Sweden
  2. KRONOS QUARTET
    • "Mugam Sayagi"
    • Music of Franghiz Ali-Zadeh
    • Nonesuch 7559–79804–2
    • USA
  3. Ali-Zadeh
    • Chamber music for Cello
    • "OYAN"
    • Konstantin Manaev — Violoncello
    • Franghiz Ali-Zadeh — Piano
    • Alexander Matrosov — Accordion
    • 2009 DDD GEMA LC 14871
    • Made in the EU

Firəngiz Əlizadənin də əsərlərinin daxil olduğu cd-albomlar:

  1. Royal Concertgebouw Orchestra
    • HORIZON 8
    • FRANGHIZ ALI-ZADEH
    • "NASIMI — PASSION"
    • Saban avrotros DSD
  2. In 27 pieces (Grammy 2015)
    • The HILARY HAHN ENCORES
    • Deutsche Grammophon
    • Franghiz Ali-Zadeh "Impulse"
  3. Music of Tribute BERG
    • Vol.6
    • 2010 Labor Records (France)
    • Jeva Jokubavicuite Piano
    • Franghiz Ali-Zadeh
    • Sonata N.1
  4. Cello Passionato 4 for peace
    • Frangis Ali-Sade "Schuschtar"
    • Version for eight Violoncellos
    • 2013 Solo Musica GmbH
    • DDD 193 Made in Austria
  5. RUSSISCHE KOMPONISTINNEN
    • Frangis Ali-Sade "Habil-sajahy"
    • Reimund Korrup Violoncello
    • Frangis Ali-Sade Klavier
    • AMBITUS amb 97 866 DDD
  6. KRONOS QUARTET
    • Night Prayers
    • Franghiz Ali-Zadeh
    • "Mugam Sayagi"
    • Nonesuch USA
  7. Eastern Approaches
    • Music from former Soviet Republics
    • Xenia Ensemble
    • Franghiz Ali-Zadeh
    • String Quartet "Mugam sayagi"
    • Felmey 2002 Italy
  8. Silk Road Journeys
    • When Strangers Meet
    • YO YO MA
    • Die besten 100 Klassik CDs
    • Franghiz Ali-Zadeh "Habil-Sayagy"
    • Sony classical. Japan
  9. IVAN MONIGHETTI
    • 20th century works for Violoncello
    • Franguiz Ali-Zade
    • "Habil-Sajahy"
    • Le Chant Du Monde (France)
  10. Night Music
    • Voice in the Leaves
    • Franghiz Ali-Zadeh
    • "Aşk havası"
    • Dublin Louth Contemporary Music Society
    • LCMS 1201
  11. CELLI MONIGHETTI
    • Fraghiz Ali-Zadeh
    • "Shyshtar" Metamorphoses
    • Dublin Louth LCMS1202
  12. Marimba Concerto
    • Benjamin Schule, Marimba
    • Dominique Huber, Klavier
    • Frangis Ali-Sade — Concerto for Marimba
    • SWISS PAN 51716 LS 11607
  13. GIACINTO SCELSI
    • Jessica Kuhn — Violoncello
    • Frangis Ali-Sade "Aşk havası"
    • Cooperativa Neue Musik e. V. Bielefeld 2005 (Germany)
    • Bella Musica CTH 2480
    • LC 01958 DDD
  14. Matthew Barley Reminding Cello
    • Frangis Ali-Zadeh "Habil Sajahy"
    • quartet QTZ 2032 UK
  15. SONORRIZZONTE Jessica Kühn Kammermusik
    • Frangiz Ali-Zadeh
    • "Schwindende Schönheit"
    • München CD Kollektion (Germany)
    • Jubilaumausgabe 2017
  16. The Maya Beiser/ Steven Schick Project
    • Caught by the Sky with Wire
    • Franghiz Ali-Zade
    • Discs 0067 USA
  1. Əbədiyyət yolu (film, 1987)
  2. Əlaqə (film, 1989)
  3. Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999)
  4. Gələcəyin qurucuları (film, 1982)
  5. Həyat mübarizədir (film, 1987)
  6. İlk zirvələr (film, 1988)
  7. İntizar (film, 1986)
  8. Səfillər (film, 1985)
  9. Son söz (film, 1981)
  10. Spartakiadanın startları (film, 1983)
  11. Şeir mənim üçün bir kainatdır (film, 1984)
  12. Hüdudsuz muğam aləmi (film, 2009)
  1. 1 2 http://www.radioswissclassic.ch/fr/musiciens/artistes/161524eb1db62d4527003104070de7ffe893a1/biography.
  2. 1 2 http://www.sikorski.de/229/en/ali_zadeh_franghiz.html.
  3. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  4. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
  5. CBC. "Музыкальная премия Гремми - 2015" (rus). Youtube.com. 05.02.2015. 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  6. "Firəngiz Əlizadə: "Yazmışdı ki, qalib gəldik!"". 2020-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
  7. "Firəngiz Əlizadə". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-18.
  8. AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]