Elqıqıtqın gölü — Çukot Muxtar Dairəsi ərazisində yerləşən vulkan gölü. Göl Anadır alçaqdağlığı, Anadır rayonu, Anadır şəhərindən 390 km şimal-qərbdə yerləşir.
Elqıqıtqın gölü | |
---|---|
çuk. Эльгыгытгын | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 489 m |
Eni | 12 km |
Uzunluğu | 12 km |
Sahəsi | 119 km² |
Həcmi | 14,1 km³ |
Dərin yeri | 174 m |
Minerallaşma tipi | Şirin |
Yerləşməsi | |
67°30′ şm. e. 172°00′ q. u. | |
Ölkə | Rusiya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün adı çukot dilindən tərcümədə эльгыгытгын — «ağ göl» mənasını verir.
İlin böyük qismi üzəri buzla örtülü olur. Bəzi illərdə hətta yayda belə tamami ilə buzdan azad ola bilmir. Sahilə yaxın ərazilərdə daimi buzlaqlar vardır. Onların qalınlığı 481 çatır. Gölə 50 qol axır. Göldən Enmıvaam çayı başlayır. O isə öz növbəsində Anadır çayı hövzəsinə aiddir.
Daimi yaşayış məntəqələrinə yaxın yerləşməməsi səbəbindən ora yol yoxdur.
Gölün yaranması haqqında iki fərziyə vardır. Bəzi alimlər onun zərbə krateri digəri isə vulkan krateri olduğunu bildirirlər.
Gölün ilk təsvirini Serqey Obruçev 1930-cu illərdə vermişdir. O gölün tətqiqatı işlərində onu Elqıdxın olaraq adlandırır[5].
1950-ci illərdə aparlan tətqiqatlar zamanı onun dərinliyi, suyunun temperaturu, suyunun tərkibi, suyunda planktonların olması və s. işlər aparılmışdır[6]
1980-1990-cı illərdə aparılan tətqiqatlar zamanı bununla bağlı çoxlu sayda məqalə və kitablar dərc edilmişdir.
1998, 2000, 2003, 2008 və 2009-cu illərdə isə dünyanın bir çox ölkələ alimlərinin də iştirak etdiyi ekpedisiyalar təşkil olunmuşdur.