Elton gölü (rus. Эльтон) — Xəzəryanı ovalıqda yerləşən axarsız, şorsulu göl. Göl inzibati baxımından Rusiyanın Volqoqrad vilayəti, Pallasovski rayonu, Elton kənd inzibati vahidliyində, Qazaxıstan sərhəddindən bir qədər aralıda yerləşir.
Elton gölü | |
---|---|
rus. Эльтон | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | -15 — -17 m |
Eni | 14 km |
Uzunluğu | 18 km |
Sahəsi | 152 km² |
Həcmi | 14,2 km³ |
Dərin yeri | 1,5 (yazda) |
Orta dərinliyi | 0,05—0,07 (yayda) |
Minerallaşma tipi | Duzlu |
Duzluluğu | 180—525 ‰ |
Yerləşməsi | |
49°08′00″ şm. e. 46°42′36″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Yerləşməsi |
Volqoqrad vilayəti (Rusiya) |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vilayətin ən böyük, Avropanın isə minerallaşma həddinə görə ən böyük gölü. Gölün olduqca əhəmiyyətli xüssusiyyəti vardır[1]. Belə ki, köçəri quşlar, əsasəndə sahildəyişənlər və durnalar təyinat nöqtəsinə gedərkən müəyyən müddətə bu göldə fasilə verməli olurlar[2]
Böyük ehtimalla gölün adı monqol dilində olan «Altın-Nor» (qızılı dib) sözündən əmələ gəlmişdir.
Göl Xəzəryanı ovalığın şimal-qərbində böyük duzlu qübbələr arasında bir çökəklikdə yerləşir.
Göl doymuş bir duzlu məlluldan ibarətdir. Hansı ki, yazda müəyyən qədər əriyir. Minerallaşma hər litrə 200—500 q arasında dəyişir. Bu göstəriciyə görə Ölü dənizi 1,5 dəfə üstələyir. Gölün suyunda Dunaliella salina yosunları vardır ki, onlarda gölə qırmızımtıl rəng verir. Gölün dibi qalın duz təbəqəsi ilə örtülüdür. Dibində isə hindrogen sulfit vardır.
1882-ci ilə qədər Elton gölündən duz çıxarılırdı. 1910-ci ildə gölün sahilində «Elton» müalicə sanatoriyası inşa edilir (1945-ci ilə yeni əraziyə köçürülür). 2001-ci ildə göl və ətrafında yerləşən 106 min ha çöl ərazisində «Elton» təbiət parkı salımnmışdır.
1910-cu ildən göl sahilində palçıq vannaları və balneoterapiya sanatoriyası fəaliyyət göstərir. 1945-ci ildə isə göldən 6 km şərqdə eyni adlı qəsəbədə Elton sanatoriyası salınır.
Müalicə vastələri: sulfidli lil palçığı və göl suyu. Burada olan xlorid-sulfat-natriumlu mənbənin suyu isə içilir. Kurortdan hər gün iki dəfə olmaqla avtobuslarla gölə tur təşkil edilir və təbii palçıq vannaları qəbul edilir. Burada həmçinin velosipedlər kirayələməklə göl ətrafını və təbiət qoruğunu gəzmək olar.
Sanatoriyadan 3 km məsafədə xlorid-sulfat-natriumlu mənbənin kimyavi tərkibi «Esentuki-17» və Smirnovski ilə eynidir.
Burada Periferik sinir sistemi, hərəkət və dəstək orqanları, həzm, ginekoloji və s. xəstəliklərin müalicəsi həyata keçirilir.
Elton ətrafında ən hündür zirvə Ulaqan dağı 68 m dəniz səviyyəsindən yuxarıda yerləşir.
Göl hələ sanatoriya olmamışdan öncə məşhurlaşmışdı. Belə ki, Həştərxan xanlığının IV İvan Qroznı tərəfindən işğalından sonra buradan duz hasil olnmağa başlanılır. O dövrdə Həştərxan duz göllərinin şöhrəti o qədər böyük idi ki, onların tükənməzliyi və yüksək keyfiyyətli duzları haqqında fantastik hekayələr yaranmışdı. Yelizaveta Petrovnanın dönəmində duz hasilatı geniş vüsət almışdır.
24 fevral 1747-ci ildə hakim senat Elton gölü üzərində bir duz mədənçilik komissiyasının təşkili haqqında fərman imzalanmışdır[3].
1865-ci ildən dövlət duz üzərində inhisarçılığına son qoyaraq, mədənləri özəl sahibkarlara satır. Çoxları Elton və Baskunçak göllərində mədənlər əldə edir. Hasilatın davamlı və sürətlə aparılması nəticəsində artıq bir əsrdən artıq davam edən duz hasilatı mənbənin azalması ildən ilə azalır. 1880-ci illərdə hasilat tam dayanır və gölün sanatoriya əhəmiyyətli istifadəsinə başlanılır.
İqlimi kəskin kontinental, quraqdır: yayı isti (iyul ayının orta temperaturu 25 °C), qışı isə soyuq (fevral ayının orta temperaturu −7 °C); illik yağıntının miqdarı 300 mm, daima bir istiqamətli küləklər əsir.
Elton gölü (1981-2010) üçün aylıq orta temperatur və yağıntı
Mənbə: [4]
|