Elvin Ağayev

Elvin Ağayev (ing. Elvin Aghayev; 11 iyul 1987, Bakı) — azərbaycanlı politoloq, tədqiqatçı.

Elvin Ağayev
Elvin Elbrus oğlu Ağayev
Doğum tarixi (37 yaş)
Doğum yeri Bakı
Milliyyəti Azərbaycanlı
İxtisası Beynəlxalq münasibətlər
Təhsili
Fəaliyyəti tədqiqatçı, politoloq
Tanınır Elvin Aghayev

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elvin Elbrus oğlu Ağayev 1987-ci il iyulun 11-də Bakı şəhərində anadan olmuşdur. Universitetə qədər təhsilini eyni şəhərdə tamamlamışdır. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universiteti'nin Ümumi İqtisadiyyat Fakültəsində başladığı bakalavr təhsilini 2008-ci ildə bitirmişdir. Bakalavr təhsilini Azərbaycan'da yekunlaşdırdıqdan sonra magistr təhsilini Türkiyə'nin İstanbul şəhərində yerləşən İstanbul Aydın Universiteti'nin "Political Science and International Relations" magistr fakültəsində İngilis dilində tamamlamışdır.[1]

2012-ci ildə Elvin Ağayev və Filiz Katman'ın birlikdə yayımladıqları "Rusiya-Suriya Münasibətlərinin Tarixi Bağları və Bu Günü" adlı məqalə, beynəlxalq əlaqələr sahəsində dünyanın bəzi akademik jurnal və araşdırma mərkəzləri tərəfindən yayımlanmış,[2][3] həmçinin bu məqalə ABŞ'ın Kentukki ştatında yerləşən Kentukki Universitetinin Bakalavr Araşdırma Milli Konfransı tərəfindən[4] və bir çox digər beynəlxalq elmi araşdırmaçılar tərəfindən qaynaq olaraq istifadə edilmişdir.[5][6][7][8][9] Elvin Ağayevin, "Keçmişdən Bu Günə Almaniya-Türkiyə Münasibətləri" adlı elmi məqaləsi isə 2012-ci ildə Almaniya'nın Ştuttqart şəhərində keçirilən beynəlxalq elmi konfransda yayımlanmışdır.[10] 2013-cü ildə müəllifi olduğu "Liviya'da 'Ərəb Baharı'nın Analizi və Arxa Planı" isimli məqaləsinin ana mövzusu 2011-ci ildə Liviya'da baş verən vətandaş müharibəsi haqqında olmuşdur.[11] Bu elmi məqalə başda ABŞ'ın Harvard Universiteti'nin Sosial Elmlər İnstitutu[12]İngiltərə'nin Oksford Universiteti'nin "Global İqtisadiyyatın Yenidən Qurulması üzrə Beynəlxalq Konfrans"ı tərəfindən[13] habelə bir çox beynəlxalq tədqiqatçılar tərəfindən də akademik qaynaq olaraq istifadə edilmişdir.[14][15][16][17] Ağayev eyni zamanda ABŞ'ın Yuta ştatında yerləşən Yuta Universiteti'nin siyasət sahəsində təsis etdiyi "Political Research Quarterly" adlı beynəlxalq elmi jurnalın hakimlərindən biridir.[18]

2013-cü ildən etibarən mərkəzi Vaşinqton'da yerləşən "The Independent International Political Research Center" (Müstəqil Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzi) qurumunda baş tədqiqatçı kimi çalışan Ağayev, ana dili ilə yanaşı İngilis, Rus, Türk və Ərəb dillərini bilir.[19]Ağayev eyni zamanda qlobal yayım orqanı olan, məşhur The Huffington Post nəşrinin beynəlxalq əlaqələr üzrə təhlilçi və yazarlarından biridir.[20]

The Future of the Russian and Syrian Relationship - Huffington Post

  1. "A Biography of Elvin Aghayev - The Independent International Political Research Center". 2016-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-01.
  2. "Elvin Aghayev, Filiz Katman, "Historical Background and the Present State of the Russian-Syrian Relations", Journal of European Researcher, Vol. 35 No. 11-3; December 2012, p.2066-2070. ISSN 2219-8229(print), E-ISSN 2224-0136 (online)" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-02.
  3. "Elvin Aghayev, Filiz Katman, "Historical Background and the Present State of the Russian-Syrian Relations", The Independent International Political Research Center". 2016-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.
  4. "Rebekah Leo and Sarah Terlizzi "The (D)evolution of the Security Council: A Three-Part Case Study on the post-Cold War Use of the Veto", Proceedings of The National Conference On Undergraduate Research (NCUR), University of Kentucky". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.
  5. "Khaddour Kheder, "Syrian Army's Accidental Resilience", Carnegie Middle East Center, March 14, 2016". October 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 2, 2016.
  6. "Fazzur Rahman Siddiqui, "Evolution of Syrian Crisis and Analyzing the Role of Russia: A Game Changer", Indian Council of World Affairs, 14 January 2016" (PDF). 7 August 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2 August 2016.
  7. Faith Olanrewaju, Segun Joshua, “The Diplomatic Dimensions of the Syrian Conflict”, Jadavpur Journal of International Relations, 19 pp. 43-63[ölü keçid]
  8. "Declan A. Amaraegbu, "Contextualising the Syrian Crisis against Realism and Security Competition in the 21st Century", Journal of Social Sciences (COES&RJ-JSS), Vol 4, No 2, April 2015, pp. 795-811". 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.
  9. "Larlecianne Piccolli, Lauren Machado, Valeska Ferrazza Monteiro, "Hybrid War and the Role of Russia in the Syrian Conflict", Federal University of Rio Grande do Sul, June 2016". 2017-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.
  10. "Elvin Aghayev, From past to present relations between Germany and Turkey / European Applied Studies:  Modern approaches in scientific researches, 1st International scientific conference. ORT Publishing. Stuttgart. 2012. Pp. 270-271". 2015-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.
  11. Elvin Aghayev, “Analysis and background of the 'Arab Spring' in Libya”, Journal of European Researcher, Vol. 39 No. 1-2; January 2013, p.193-198. ISSN 2219-8229(print), E-ISSN 2224-0136 (online)
  12. "Vito D'Orazio, "The Constraining Effects of Security Communities: Military Integration and Government Repression", Harvard University, Institute for Quantitative Social Science, September 4, 2013" (PDF). September 29, 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: February 14, 2017.
  13. "Hanaa Abdelaty Hasan Esmail, "Impact of Terrorism and instability on the tourism industry in Egypt and Tunisia after Revolution", International Conference on Restructuring of the Global Economy (ROGE), University of Oxford" (PDF). 2017-09-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-02-28.
  14. Carmen Geha, “Civil Society and Political Reform in Lebanon and Libya”, Routledge, 2016, ISBN: 1317290224, 9781317290223
  15. "Radek Stehlík, "Arabské jaro 2010 – 2012", Palacký University Olomouc". 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  16. "Kateřina Kašná "Arabské jaro v Libyi a Sýrii v kontextu konceptu Responsibility to Protect", Palacký University Olomouc". 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  17. "Pavel Chrbját, "Problematika nedemokratických režimů v Sýrii, Libyi a Iráku v druhé polovině 20. století a na počátků 21. století", Palacký University Olomouc" (PDF). 2017-09-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-02-14.
  18. "A Biography of Elvin Aghayev - The Independent International Political Research Center". 2016-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-01.
  19. "A Biography of Elvin Aghayev - The Independent International Political Research Center". 2016-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-01.
  20. "Elvin Aghayev - Huffington Post". 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]