Elvin Hökuməli oğlu Həsənov (8 iyul 1992, Əhmədbəyli, Saatlı rayonu – 22 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elvin Həsənov | |
---|---|
Elvin Hökuməli oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 iyul 1992 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 2020 (28 yaşında) |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qubadlının azad edilməsi Zəngilanın azad edilməsi |
Təltifləri |
Elvin Höküməli oğlu Həsənov 8 iyul 1992-ci ildə rayonun Əhmədbəyli kəndində doğulub. Orta təhsilini Saatlı rayon Əhmədbəyli kəndindəki 269 saylı məktəbdə alıb. İmkansız olduqlarından təhsil arxasınca getməyən Elvin öz şəxsi motosikleti ilə süpürgə satmaqla evini, ailəsini dolandırıb.
Hərbi xidmətə getməzdən öncə bir müddət pambıq zavodunda işləyib.[1]
Hərbi xidmətini Murovda çəkib, 2012-ci ildə başa vurub.
Elvin 9 sentyabr 2020-ci ildə hərbi səfərbərlik idarəsi tərəfindən İkinci Qarabağ müharibəsinə yola salınıb. Elvin Həsənov Zəngilan, Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərib. O, 22 oktyabrda şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz öz kəndində dəfn edilib. Ölümündən sonra şəhid Elvin Höküməli oğlu Həsənov müvafiq Prezident Sərəncamlarına uyğun olaraq, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.