Elxan İsmayıl oğlu Şıxəliyev (21 iyul 1951, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycan Respublikasının əməkdar artisti (2006).
Elxan Şıxəliyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Musiqi aləti | saksofon |
Üzvlüyü | "Aşıqlar" qrupu |
Mükafatları |
Elxan Şıxəliyev 21 iyul 1951-ci ildə Bakıda anadan olub. 1961-1971-ci ildə Asəf Zeynallı adına Musiqi kollecində, 1971-1976-cı illərdə isə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. 1973-cü ildə 10 nəfərdən ibarət "Aşıqlar" qrupu dövlət vokal instrumental ansamblını yaradıb.[1] Qrup 1973-cü ildə Bakıda keçirilən festivalda Respublikadan 100-ə yaxın qrup arasında birinci yerə layiq görülüb. Bu, Aşıqlar qrupunun iştirak etdiyi ilk festival olub. 1979-1980-cı illərdə Rəşid Behbudov ilə bərabər Mahnı Teatrında çalışıb, 1989-cu ilədək bir çox konsert proqramlarında bərabər çıxış ediblər.[2] Qrup Azərbaycan musiqi dünyasında dördüncü peşəkar qrup olmuşdur. 1989-cu ildə qrup dağıldı, 1997-ci ildə isə yenidən bərpa olundu. 2001 və 2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxışları olub.