Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Elxan Hidayət oğlu Bəşirov (28 may 1968, Lerik[1]) — azərbaycanlı iş adamı, "Mətanət A" şirkətinin Müşahidə şurasının sədri, Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının üzvü (2003–2016)[2], Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın üzvü (2018–2022), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) sədri, Kəşflərin və ixtiraların Tədqiqi və Tətbiqi Akamediyasının (KİTTA) təsisçisi.
Elxan Bəşirov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Lerik, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ, Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Fəaliyyəti | sahibkar, iş adamı |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Elxan Hidayət oğlu Bəşirov 28 may 1968-ci ildə Azərbaycan Respublikasının Lerik rayonunda anadan olmuşdur. 1985–1992-ci illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun "Maşınqayırma texnologiyası" ixtisası üzrə təhsil almışdır.[3]
Evlidir, 4 övladı var.
Sahibkarlıq fəaliyyətini 1988-ci ildə "Samira" tekstil kooperativinin təsisçisi və direktoru kimi başlayan Elxan Bəşirov, bir il müddətində işçilərinin sayını 350 nəfər edərək müəssisəsini böyük fabrikaya çevirmişdir. 1992-ci ildə EFTB kiçik müəssisəsini təsis etmişdir və onun direktoru vəzifəsində çalışmışdır.[3]
Müəyyən texnologiyaları tətbiq etməklə Azərbaycanda ilk dəfə olaraq sement əsaslı kafel metlax yapışdırıcılarının və aralıq doldurucularının istehsalina nail olmuşdur və 2000-ci ilin 10 yanvar tarixində "Mətanət A" şirkətini təsis etmişdir. Elxan Bəşirov bu günədək təsis etdiyi şirkətin müşahidə şurasının sədri vəzifəsində çalışmaqdadır.[3]
E. Bəşirov tikinti materiallarının istehsalı texnologiyasının nəzəriyyəsi və apardığı elmi araşdırmaların nəticələrini 3 kitab, 15-dən artıq məqalə, 4 patent müəllifi olmaqla ictimayyətin diqqətinə çatdırmışdır.[9]
O, "Quru inşaat qarışıqları komponentlərinin aktivləşdirilməsi ilə effektivliyinin artırılması" (Elmi və elmi-pedaqoji kadr hazırlığı üçün) adlı monoqrafiyanın müəllifidir.[10]
• Azərbaycan Respubikası Prezidenti yanında Sahibkarlar Şurasının üzvü (2003–2016)[11]
• Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) sədri
• Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın üzvü (2018–2022)
• Abşeron rayonu Sahibkarlar Assosiyasiyasının sədri
• Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Rəyasət Heyətinin üzvü
• Azərbaycanın əməkdar mühəndisi
• Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri professoru[mənbə göstərin]
• Beynəlxalq Akademik Akreditasiya və Attestasiya Komitəsinin (IAACC) elmlər doktoru[12]
• Texnika üzrə fəlsəfə doktoru[mənbə göstərin]
2014-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "İnşaat Materiallarının İstehsalı sahəsində İnnovativ texnologiyaların tətbiqinə görə" dövlət mükafatına layiq görülüb.[11]
2010-cu ildə FasNatural məhsulu "İlin İxtirası" nominasiyası üzrə Uğur milli mükafatına layiq görülmüşdür.[13]
Elxan Bəşirov 2010-cu ildə Azərbaycan Respublikası Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunmuş "Fəallaşdırılmış gipsin alınması üsulu" adlı ixtiraya verilmiş patentin sahibidir[14]. O, həmçinin Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi tərəfindən verilmiş "Quru son qat dekorativ qarışıq" adlı ixtiraya verilmiş Avrasiya patentin sahibidir.[mənbə göstərin]
Kəşflərin və ixtiraların Tədqiqi və Tətbiqi Akamediyasını (KİTTA) təsis etdi.[11][nə vaxt?]
Təsisçisi olduğu "Mətanət A" şirkəti müxtəlif təşkilatlarla – "Qızıl Aypara Cəmiyyəti"-nin Abşeron rayon komitəsi, "Əlil Uşaq və Gənclərlə İş" mərkəzi, "Əlil Qadınlar" cəmiyyəti, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" ictimai birliyi, "Xəstə uşaqlara yardım cəmiyyəti" və bu kimi digər cəmiyyətlərlə ehtiyacı olanların maddi və mənəvi problemlərinin həllinə yaxından dəstək göstərmişdir.[11]
Eyni zamanda şirkət kimsəsiz və xəstə uşaqlar üçün silsilə xeyriyyə tədbirləri də təşkil etməktədir. Bu cür tədbirlər 2018-ci ildə Tovuz rayonunda valideyn himayəsindən məhrum olumuş uşaqlara, 2018-ci ildə isə Autist Uşaqların Reablitasiyası mərkəzinin yeni korpusunun tikintisi üçün tikinti materialları yardımı ilə əlamətdar olmuşdur.[15]
2020-ci ildə Elxan Bəşirov Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.
Elxan Bəşirov Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürən ilk sahibkar olub.[mənbə göstərin]
2021-ci ildə "Mətanət A" Şirkətlər Qrupunun dəstəyi ilə yazar Xalid Mahmudun "Əbədiyyət Yolçuları" adlı kitabı nəşr edilib. Həm birinci Qarabağ, həm də İkinci Vətən Müharibəsi şəhidlərinin keçdiyi döyüş yolu haqqında məlumatlar əks olunan kitab 7-ci Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub.[16]