Zəfər Məmmədov (tam adı: Zəfər Nadir oğlu Məmmədov) — Azərbaycan biznesmeni, sahibkarı, hüquqşünası, memarı, "Zaferoğlu inşaat" şirkətinin qurucusu.
Zəfər Məmmədov | |
---|---|
![]() Zəfər Məmmədov — Zəfəroğlu Şirkətlər Qrupunun rəhbəri | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Vətəndaşlığı |
![]() ![]() |
Atası | Nadir Məmmədov |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Hüquqşünas, biznesmen, sahibkar, memar |
Təhsili |
Odlar Yurdu Universiteti Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Azərbaycan Turizm və Menecment Universiteti |
Fəaliyyəti | memar |
Fəaliyyət illəri | 2006 — h.h. |
Zəfər Məmmədov 30 may 1982-ci ildə Azərbaycan SSR-in Gəncə şəhərində anadan olub.
1988-ci ildə Mirzə Ələkbər Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbə daxil olub. 1999-cu ildə Gəncə şəhəri 18 saylı orta məktəbi bitirib.
1999-cu ildə Odlar Yurdu Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 2003-cü ildə oranı bitirib. 2003–2005-ci illərdə həmin universitetdə mülki hüquq ixtisası üzrə magistr təhsili alıb. 2005–2006-cı illərdə hərbi xidmətdə olub.
2006-cı ilin sonlarında "Gəmiqaya-ZMH" adlı daşınmaz əmlak agentliyini yaradıb və oranın rəhbəri olub. 2007-ci ildə inşaat şirkətinin yaradıcısı və 50 % səhmdarı olub. 2010-cu ildə "Zaferoğlu" inşaat şirkətini yaradıb və o vaxtdan oranın rəhbəridir. "Zaferoğlu" şirkəti Zəfər Məmmədovun rəhbərliyilə 3 beynəlxalq mükafata layiq görülüb.[1][2][3][4][5][6][7]
2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq fakültəsinə daxil olub və 2016-cı ildə oranı bitirib. Və həmin ildən ADRA-da müəllim kimi fəaliyyətə başlayıb.
Hazırda Azərbaycan Turizm və Menecment Universiteti Biznesin təşkili və idarə edilməsi fakültəsində bakalavr təhsili davam edir.
Trend İnformasiya Agentliyində "Rəqabət sahibkarın tənəzzülünə yox, biznesin inkişafına xidmət etməlidir"[8] və "İş axtaran qədər işçi axtaran da çoxdur" başlıqlı məqalələri yayımlanıb.[9]
2021-ci ildən "Gəncə İş Adamları İctimai Birliyi"nin sədri və Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, "Kəpəz" Peşəkar Futbol Klubunun İdarə Heyətinin və "Mediasiya şurası"-nın Müşahidə Şurasının üzvüdür.
2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış üzrə millət vəkilliyinə namizəd olub.[10]
2022-ci ildə "Türk Dünyasında İlin İş Adamı" adına layiq görülməklə Fəxri Doktor və Qızıl Ulduz Medalı ilə mükafatlandırılıb.[11]