Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021).
Əliyar Əlimirzəyev | |
---|---|
Digər adları |
Elyar Əlimirzəyev Əlyar Alimirzəyev |
Doğum tarixi | 4 sentyabr 1961 (63 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Mükafatları |
Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur.[1][2]
Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır.[3]
2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür.[2] Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur.[3] Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı"[4], 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir.[5]