Elyor Qəniyev

Elyor Qəniyev (7 yanvar 1960) — Özbəkistanın xarici işlər naziri.

Həyatı[redaktə | mənbəni redaktə et]

7 yanvar 1960-cı ildə Özbəkistan SSR-in Sırdərya vilayətində anadan olmuşdur. 1981-ci ildə Daşkənd Politexnik İnstitutunu mühəndis-geoloq ixtisası üzrə bitirmişdir.

Elyor Qəniyev 1990-cı ildə Xarici iqtisadi və ticarət əlaqələri üzrə dövlət komitəsinin rəhbərliyi yanında böyük referent, daha sonra Xarici iqtisadi əlaqələr nazirliyinin idarə rəisi təyin olunmuşdur. Özbəkistan prezidenti yanında strateji və regionlararası tədqiqatlar İnstitutunda şöbə müdiri olmuşdur. 1994-2002-ci illərdə nazir müavini, nazirin birinci müavini, 1998-ci ildən xarici iqtisadi əlaqələr naziri olmuşdur.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]