Bağ vələmirquşu (lat. Emberiza hortulana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü.
Bağ vələmirquşu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Bağ vələmirquşu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Erkəyi başqa vələmirquşlarından sarımtıl boğazı ilə seçilir. Başı və döşü açıq bozdur. Qanadları və quyruğu qonur, quyruğunun yanlarında ağ zolaqlar vardır. Qalan lələklənməsi oxra-qəhvəyimtildir. Dimdiyi qırmızımtıldır. Dişilər və cavanlar erkəkdən bellərindən və çinədanlarındakı uzununa qonur alalarla yaxşı seçilir. Yuvalama dövründə cüt-cüt, sonra isə sürü ilə gəzir. Yerdə yemlənir. Arealı Avropa və Asiyadır. Şərqi Afrikada qışlayır. Azərbaycanda adi yuvalayan, orta dağlıqda isə çoxaylı quşdur. Kolluqlarda, meşə kənarlarında və bağlarda məskunlaşır. Seyrək kollu və ya ağaclı talaları daha çox sevir. Qalan ərazidə uçub keçərkən rast gəlinir. Yuvasını yerdə kolun və ya otun altında qurur. İyunda 4-5 bulaşıq-ağ, qonur xallı yumurta qoyur. Bəzi cütlər mövsüm ərzində iki dəfə yumurta qoyur, aprelin ortalarında uçub gəlir, avqustun sonu və sentyabrda uçub gedir. Həşəratlar və müxtəlif otların toxumları ilə qidalanır.[3]