Emil İsrafilbəyov

Emil İsrafilbəyov və ya Emil Baku (d. 27 aprel, 1972. Bakı, Azərbaycan SSR, SSRİö. 18 yanvar, 2016) — Azərbaycan boksçusu.

Emil İsrafilbəyov
Emil İsrafilbəyov
Şəxsi məlumatlar
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (43 yaşında)
İdman növü boks
Boyu 188 sm.

Həyatı[redaktə | mənbəni redaktə et]

Emil İsrafilbəyov 1972-ci ildə Bakıda doğulub. Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-yə köçüblər.[1] Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçib.[1]

"Emil Baku" adı altında uğurlar qazanan boksçi beynində yaranan xərçənglə mübarizə aparırdı. Emilin bu xəstəliyin öhdəsindən gəlməsi üçün sosial şəbəkələrdə yardım aksiyası başlamışdı.[2] Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağali Alışov isə "Emil Baku"ya görə çempionluq kəmərini satışa çıxarmışdı.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Məşhur boksçumuz vəfat etdi". trend.az. trend.az. 20 January 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.
  2. 1 2 "Məşhur azərbaycanlı boksçu "Emil Baku" dünyasını dəyişdi". baku.ws. baku.ws. 6 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]